Həyatı
Yaqub xan Zülqədər,İbrahim xan Hacılı-Zülqədərin oğlu və İlyas bəy Əlaəddövlə, Nasirəddin Məhəmməd bəy Zülqədərin oğlunun nəvəsidir (Əlaəddövlə 1535-ci ildə Sultan Səlim ilə müharibədə öldü).Yaqub xan Zülqədər Zülqədər elinin ən məşhur şəxslərindən biridir ki, I Şah Abbas Səfəvi dövründə bir çox zülqədər elinin adamları ilə İrana gəldi.O,Farsın hökmdarı, Mehdiquli xan Zülqədərin qətlindən sonra (ki Şah Abbas Səfəvinin əmri ilə öldürüldü),Farsın və funksiyalarının hökmdarı oldu.O, sonra Kirmanın hökmdarı Bəktaş xan Avşar ilə müharibə etdi və Bəktaş xan Avşar qətlə yetişdi və Yaqub xan Zülqədər qalib oldu və hökmdarlıq ərazisi Yəzd və Kirmana qədər uzandı.Bu sürətli fəthlər, Şah Abbasın xoşuna gəlmədi və Yaqub xan Zülqədərin məhv olmasına qərar verdi. Çün Yaqub xan kimi güclü adam ilə üzləşmək mümkün deyildi, Şah Abbas onu hile və kələk ilə öldürmağa qərar verdi və əvvəldə Kor Həsən bəy Ustaclunu, Yaqub xanın yanına göndərdi və onu İsfahana dəvət etdi amma Yaqub xan incəliklə İsfahana getməkdən imtina etdi. Beləliklə Şah Abbas özü Farsa getdi, Yaqub xan, vəziri Mirzəcanının hiləsinə aldandı və 29 sentyabr 1592-ci ildə Şah Abbasın təşkil etdiyi şah ziyafətinə getdi və orada Hüseyn xan Ziyadoğlu-Qacar, onun əllərini bağladı və yerə vurdu, sonra Şah Abbas əmri ilə onu zindana saldılar və sonra öldürdülər. Həmin il,Şah Abbas Bünyad xan Zülqədəri Farsın bəylərbəyi təyin etdi.
Tarix: 14.01.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr