Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədhüseyn xan Qaragözlü

Həyatı
Qacarlar hakimiyyəti dovrundə diqqəti cəlb edən Qaragözlü oymağı Cənubi Azərbaycanın Həmədan əyalətinda yasayan türk mənşəli Azərbaycan tayfalarındandır. Mənbələrdə adları XVI əsrdən etibarən çəkilən bu tayfa XVIII əsrdə İran və Azərbaycanın ictimai-siyasi həyatında nəzərə çarpacaq dərəcədə fəal iştirak etmisdir. Qacarlar sülaləsi yarandığı ilk dövrlərdən ona itaətkarlıq göstərmiş, Ağa Məhəmməd şah Qacarı müdafiə edənlərdən idilər. Bu tayfanın görkəmli, tanınmış başcılarından və xanlarından biri Məhəmmədhuseyn xan Həmədani Qaragözlüdür.

Məhəmmədhüseyn xan Qaragözlü Şamlı elinin Qaragözlü oymağının Aşıqlı tayfasındandır. Ağaməhəmməd şah Qacarın tapşırığı ilə Əfqanıstana elçi getmişdi. Orda Dürranilər sülaləsindən olan Zaman şah Dürrani ilə görüşmüşdü.

Cəfər xan Zənd 1199-cu ildə (1785) Şirazdan gələrək, İsfahanı isğal etdikdən sonra İranın digər səhərlərini tutmaq fikrinə dusdu. Bu məqsədlə Həmədən istiqamətində irəlilədiyi zaman Məhəmmədhuseyn xan Qaragozlu və Əli xan Avşar Xəmseyi Ağa Məhəmməd sah Qacarın gostərisi ilə doyusə girərək, torpağı mudafiə etdilər. Bu zaman Cəfər xan onları məğlub etdi. Lakin Kurdustan valisi və Gorus xanları onlara koməyə gələrək, Cəfər xan Zəndi elə məğlubiyyətə uğratdılar ki, əlacsız qalıb, İsfahana, oradan da Siraza qayıtmalı oldu. Bu tarixdən Qaragozlu oymağı Qacarların havadarı hesab olunmus və Qacarlar hakimiyyəti dovrundə İran ordusunun muhum dəstəsini təskil etmisdir. Bu tayfanın rəisləri və xanları cox nufuzlu və zəngin olmuslar.


Tarix: 14.01.2015 / 17:22 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...