Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun Həsən Siyasi fəaliyyəti

Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirib, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurur və o vaxtdan da adı tarixə düşür. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarininin yol qeydlərində Azərbaycan və Uzun Həsənin özü barədə bir çox maraqlı məlumatlar var. Uzun Həsən haqqında o yazır: "Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanında həmişə rəqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxuyub-oynayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizgiləri var."


Tarix: 13.01.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...