Həyat
Sürəyya Səfərəli bəy qızı Vəlibəyova 3 fevral 1897-ci ildə Bakı şəhərində anadan olub. Beş yaşında 1902-ci ildə atası Səfərəli bəy Vəlibəyov vəfat etdiyi üçün yaxın qohumu Süleyman Sani Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılmışdır.1913-cü ildə Müqəddəs Anna adına Bakı Qadın Gimnaziyasını qızıl medalla bitirdiyi üçün, onu 1910-cu ildə Bakıda açılmış üçüncü rus-tatar qızlar məktəbinə müəllim təyin ediblər. 1919-cu ilə qədər bu məktəbdə dərs deyib. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra 1929-cu ildə o, Ə.Bayramov adına Qadınlar Klubuna üzv olmuş burada ictimai əsasla işləmiş, eyni zamanda steneqrafçı kursunda oxumuşdur. 1931-1933-cü illərdə Bakı Kino idarəsində işlər müdiri işləmişdir. Bu dövrdə eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur. Onun ilk tərcümələri A.Bartonun əsərləri olmuşdur. 1938-ci idə Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifəsində isə başladıqdan sonra, taleyini tərcümə işinə bağlamışdır.Müasir Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olan bədii əsərlərin əksəriyyətinin, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri o, yüksək səviyyədə hərfi tərcümə etmişdir. 1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilmişdir.
Tarix: 13.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr