Həyatı
Ağqoyunlular dövlətinin siyasətinin sahmana salımasında görkəmli diplomat və dövlət xadimi Sara xatunun böyük rolu vardı. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə yeganə istedadlı diplomat qadın kimi məşhur olan Sara xatun, hətta Avropa ölkələrində də tanınırdı. O, bir dövlət xadimi kimi hakim sinfin mənafeyini müdafiə edir, feodal dövlətinin möhkəmləndirilməsinə çalışırdı. Bu məqsədlə feodal pərakəndəliyinə və sülalə üzvlərinin mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara müharibələrinə saray çəkişmələrinə qarşı mübarizə edirdi. Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ölümündən sonra onun oğulları, habelə bayandurlar sülaləsinin başqa nümayəndələrinin taxt-tac uğrunda ara müharibələrinin sakitləşdirməkdə onun böyük rolu olmuşdur. Bunun nəticəsində, həmin dövrdə kiçik Ağqoyunlu dövləti kimi iki qüvvətli rəqib arasında müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Tarix: 13.01.2015 / 16:23 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr