Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahmud sultan Bayat

Həyatı
Mahmud sultan Bayat Nişapur şəhərində anadan olmuşdu. Qarabayatların rəisi idi. Şah Məhəmməd Xudabəndə onu Nişapura hakim təyin etmişdi. I Şah Abbas da onu vəzifəsində saxlamışdı.

XVI əsrin sonlarına doğru Xorasanın bəzi vilayətlərini ələ keçirən özbək hökmdarı Abdulla xan buraları oğlu Əbdülmömin xana vermişdi. Əbdülmömin xan 1591-ci ildə Nişapuru geri almaq istəyən Səfəvi sərkərdəsi Fərhad xan Qaramanlı geri çəkilməyə məcbur etdikdən sonra qara bayatlar ona tabe olmağı qəbul etdilər.

Lakin onlar daha əvvəl cağataylardan çoxlu adam öldürdükləri üçün Mahmud sultan və digər bayat başbilənləri xanın hüzuruna gedərək, ona itaət etdiklərini bildirsələr də, bağışlanmayaraq öldürüldülər.


Tarix: 13.01.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...