Salnamələrdəki məlumatdan elə qənaətə gəlmək olar ki, Qarabağ xanlığı inzibati cəhətdən 22 mahala bölünürdü. Mahallar isə bir neçə kənddən ibarət idi. Mahalları naiblər idarə edirdilər. Hər bir naibə darğalar, yüzbüşılar, kəndxudalar və s. başqa vəzifəli şəxslər tabe idilər. Darğa vəzifəsi çəhərdə də vardı. Onlar şəhərdə bir növ polis vəzifəsini icra edirdilər, kəndlrdə isə onlar əsasən vergi yığırdılar. Yüzbaşılar və kəndxudalar eyni zamanda kənd ağsaqqalı hesab olunurdular.
Başqa xanlıqlarda olduğu kimi Qarabağ xanlığında da mülki və cinayət işlərinə əsasən şəriət qanunları, adət və ənənələri əsasında baxılırdı. Məhkəmələrdə müftəlif cəzalarla yanaşı ağır işgəncələrə də yol verilirdi. Ən böyük hakim kimi ölüm hökmünü xanın özü verirdi. Qarabağ xanlığının Rusiya tərkibinə daxil edilməsi ərəfəsində Şimali Azərbaycanda əhalinin sayına görə Şirvan xanlığından (135.000) sonra ikinci yerdə olmuşdur. Həmin dövrdə Qarabağda 1 şəhər, 638 kənd olmuşdur. 90 minə çatan ümümi əhali 18.500 ocaqda birləşirdi. Salnaməçilərin fikrincə xanlığın mövcudiyyəti dövründə əhalinin sayı və sıxlığı təxminən iki dəfə artmışdır.
Qarabağ xanlığının mövcudiyyəti ərzində iqtisadi inkişaf sahəsində əvvəlki dövrlərə nisbətən xeyli irəliləyiş hiss olunurdu. Bu irəliləyişin ən mühüm amili əkinçilik mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Salnamələrdə deyilir kimi xanlıq ərazisindəki bütün torpaqlar xanın özü ağaar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüşdü. Bu bölgü Qurani-Kərimin məzmunundan irəli gələn şəriət ehkamlarına əsaslanırdı. Quran isə torpaq üzərində xüusi mülkiyyəti qanuni hesab etmirdi. "Torpaq ancaq onu əkənlərə və becərənlərə məxsusdur" prinsipi əsas götürülürdü. Torpağı əkib becərənlər isə rəyyət(az miqdarda torpağa malik olanlar) və rəncbərlər idilər.
Qeyd olunurdu ki, Quran ehkamların formal şəkildə əməl olunarsa xanlığın torpaqdan istifadə üsulları tipik feodal ictimai prinsiplərinə əsaslanmış və buradan irəli gələn nəticələrlə səciyyələmişdir.
Tarix: 12.01.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycan xanlıqları