Ağası xan Xançobanlı İkinci hakimiyyəti
Ağası xan hakimiyyətə gələndən sonra qardaşını həbsdən azad etdi. Qardaşı Fətəli xanın qızını öz oğluna almaq istəyirdi. Xan isə bundan narazı olub onu xəbərdar etdi. 1785-ci ildə Fətəli xan yenidən müharibəyə başladı. Qarabağ xanlığı və Quba xanlığı müttəfiq olaraq Şirvana hücuma keçirdilər. Ağası xanın böyük oğlu Əhməd bəy İbrahimxəlil xanın qardaşı Mehrəli bəy Sarıcalı-Cavanşiri öldürdü. Ağası xan məcbur qalıb Fətəli xanın hüzuruna gəldi, oğlanları ilə bərabər məhbus olaraq Qubaya, ordan da Bakıya göndərildi. Ağası xan 1788-ci ildə Bakıda 57 yaşında öldürüldü.
Tarix: 10.01.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycan xanlıqları
loading...