Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıl xan Qaradağlı

Həyatı
Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. İsmayıl xan Mustafaqulu xanın oğludur. Xanlığa başlayandan sonra İbrahimxəlil xanla əlaqələri kəsdi. Buna səbəb İbrahimxəlil xanın Xoy hakimi Əhməd xan Dünbili ilə sövdələşib Qaradağı bölüşmək istəyirdi. 1782-ci ildə İsmayıl xan İbrahimxəlil xana vergi ödəməkdən imtina etdi. İbrahimxəlil xan onun üzərinə qoşun göndərib, ödəməli olduğu vergiləri tələb etdi, lakin tezliklə geri qayıtmağa məcbur oldu. İsmayıl xan atası tərəfindən Ağaməhəmməd şah Qovanlı-Qacara girov verilmişdi. 1797-ci ildə şah sui-qəsd nəticəsində öləndən sonra İsmayıl xan Fətəli şahın tabeçiliyində qaldı. Fətəli şah İsmayıl xanı oğlu Abbas mirzənin xidmətinə verdi. Abbas mirzə İsmayıl xanı fərraşbaşı təyin etdi. İsmayıl xan Məhəmməd şah Qacarın da yaxın adamları sırasında idi. Üsyana qalxan Xosrov mirzəni və Cahangir mirzəni tutub şaha vermişdi. Vəzir Qaemməqam İsmayıl xanı bir dəstə ilə Ərdəbil şəhərinə göndərmişdi. İsmayıl xan şahzadələri saraya gətirdi. Hər iki şahzadə kor edildi. İsmayıl xanın Bab hərəkatının yatırılmasında xüsusi xidmətləri var.


Tarix: 10.01.2015 / 16:58 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycan xanlıqları
loading...