Məhəmmədqasım xan
Məhəmmədqasım xan (?-1721) – Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ hakimi. Məhəmmədqasım xan Qaradağda əski çağlardan qalan qalalarda yenidənqurma işləri apararaq güclü istehkamlar yaratmışdı. Hakimiyyətini möhkəmlətdikdən sonra şahın əmrlərinə etinasızlıq göstərirdi. 1717-ci ildə Rusiya elçilə Şamaxıya, oradan Gilana, Ərdəbil yolu ilə Əhərə gəlib çatırlar. Əhərin ətrafında rus elçisi A.P.Volınski nümayəndə göndərib Məhəmmədqasım xandan yer-yatacaq istədi. Məhəmmədqasım xan elçiləri şəhərə buraxmır. Bayandur sultanın oğlu, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Məhəmmədhüseyn bəyin atası.
Tarix: 10.01.2015 / 16:56 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycan xanlıqları
loading...