Rusların Gəncənin fəthinə verdiyi dəyər
Rusiyanın Cavad xan üzərində qələbəyə və Gəncənin işğal olunmasına necə böyük bir diqqət yetirdiyini sadəcə olaraq, bu hadisə ilə əlaqədar buraxılmış təltif və xatirə medalları da sübut edir. Belə ki, bu və 1827-ci ildə Gəncənin ikinci işğalı münasibətilə gümüşdən "1804-cü ilin 30 yanvarında Gəncənin alınması" döş nişanı və "Gəncənin alınması zamanı cəsarət və igidliyə görə" medalı buraxılmışdı. 1826-cı ildə Gəncənin ikinci dəfə Uğurlu xandan alınması tanınmış medalyer qraf Fyodr Tolstoyun yaratdığı "Yelizavetpol uğrunda döyüş. 1826-cı il." xatirə medalı ilə qeyd olunmuşdu. Şəhərin adı I Aleksandrın həyat yoldaşının şərəfinə Yelizavetpol deyə çağrılmağa başlamışdı.
Tarix: 10.01.2015 / 16:45 Müəllif: Feriska Baxılıb: 14 Bölmə: Azərbaycan xanlıqları
loading...