Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qarabağnamələrdə"

Hüseyn xanın Şəkidə xan olması barədə "Qarabağnamələr"də də məlumat var. Məsələn Mirzə Adıgözəl bəy yazır ki,

"Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib Qaradağa öz evinə getdi. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar ( – Yermolov) bu tərəfdən qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı".

Mirzə Yusif Qarabaği isə bunu yazır:

"Qızılbaşlar qaçandan sonra baş verən bəzi hadisələr

Düşmən kökündən sarsıldıqdan və onların mal və dövlətləri əllərindən çıxdıqdan sonra şirvanlı Mustafa xan Şirvanı tərk edib, sərdar İbrahim xanla birlikdə Qaradağa tərəf qaçdılar. Mir Həsən xan da Talış xanlığından əl çəkib, qızılbaşların yanına getdi. Amma nuxalı Hüseyn xan bir müddət Nuxada birtəhər yaşadı. Başqa yerlərdən buraya gəlmiş bəzi tacir və qaçqınlar da çoxlu mal və dövlət toplamışdılar. Hüseyn xan qardaşı Hacı xanı ləzgi qoşunu ilə Qarabağa göndərdi. O da Kürü keçib Qarabağ obalarının bəzi yerlərini qarət etdi..."


Tarix: 12.01.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycan xanlıqları
loading...