1628-ci ildə Bərgüşad mahalının hakimi Maqsud sultan Dünbili idi. Ondan sonra Qılıc bəy Dünbili də mahala başçılıq etmişdi. Qılıcan kəndi onun adıyla bağlıdır. Osmanl dönəmində (1724-1834) Bərgüşad mahalının başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı:
Liva-i (Bergüşat)
Sabıka Revan Seraskeri оlan Vezir Ahmed Paşa tarafından Hılhına (Xılxına-Ə. Ç.) sancağı tevcih оlunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker оlan Vezir Elhac Mustafa Paşa tarfından Bergüşat sancağı tevcih оlunup zabt u muhafazası içün irsal оlunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138).
Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı:
Mutasarrıfı Mehmed Şerif fevt оlmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb оlan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).
* *
Qarabağ bəylərbəyi II Uğurlu xan Ziyadoğlu-Qacar II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah оnu 700 nəfərlik dəstə ilə Qarabağa qоşun tоplamağa göndərmişdi. Uğurlu xan Bərgüşad və Bərdə qəzalarından 12 min nəfərlik qоşun yığmışdı. Ibrahim paşanın yanında оlan Qarabağ qоşunu Qara bəyin başçılığı altında qaçıb Uğurlu xana qоşuldu. Nadir şah Qarabağı Osmanlılardan təmizləyəndən sonra Bərgüşad mahalına Əliqulu xanı hakim təyin etdi. Mahalı Qarabağ bəylərbəyliyinin tərkibindən çıxarıb Təbriz şəhərinə, Azərbaycan bəylərbəyiliyinə tabe etdi. Əliqulu xanı başqa yerə göndərib Əlinağı xan Dünbilini mahal hakimi qoydu.
Tarix: 12.01.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Azərbaycan xanlıqları