Professor Vaqif Arzumanlı Fətəli xanın gürcü çarı ikinci İrakli tərəfindən zəhərlənərək qətlə yetirildiyini bildirir. Fətəli xanın kötücəsi Asəfxan Qubalı isə tamam əksini söyləyir. Xan kötücəsi iddia edir ki, Fətəli xanı ikinci İrakli yox, Gəncə hökmdarı Cavad xan zəhərləyərək qətlə yetirib. Vaqif Arzumanlı da, digərləri də deyir ki, "Fətəli xanı ikinci İrakli zəhərləyib. Bu belə deyil. Mənim ulu babamı gəncəli Cavad xan zəhərləyib. Bu nə əfsanədir, nə də yalan. Bu sözləri Şamaxıdan ağır vəziyyətdə Bakıya – bacıcının yanına gətirilən Fətəli xan özü Xədicə Bikəyə deyib ki, Cavad xan mənim ömrümə son qoydu, məni zəhərlədi. Fətəli xan Cavad xana çox inanırdı. Cavad xan neçə illər ikinci İraklinin zindanında qalmışdı. Fətəli xan onu İraklinin dustaqlığından azad edib xanlığa ucaldıb. Cavad xan kimə işləməlidir? Fətəli xan Şəmkirdə görüş keçirib Borçalını, Qarabağı və başqa bölgələri birləşdirmək istəyirdi. Əlimdə faktlar var ki, Fətəli xan o torpaqları mütləq birləşdirəcəkdi. Babamı Cavad xandan başqa kim zəhərləyə bilərdi? O, Şəmkirə gedəndə özü ilə öz aşbazlarını aparmamışdı ki, orada Cavad xanın aşbazları var. Hər yerə özü ilə aşbaz aparırdı, amma bu dəfə belə etməmişdi. Bunu Cavad xana inandığından bu cür edirdi. O, isə onu zəhərlədi. Fətəli xanın Cavad xan tərəfindən zəhərlənməsini təkcə mən deyil, 200 ildən artıqdır ki, bizim nəslimiz, şəcərəmiz iddia edir. Bunu tam məsuliyyətimlə deyirəm..."
Tarix: 10.01.2015 / 16:59 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycan xanlıqları