Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəfərqulu xan Şəkidə tikdirdiyi karvansara və saldırdığı bağ

Cəfərqulu xan Nuxada bir karvansara tikdirmişdir. Çox güman ki, bu indi Şəki şəhərindəki "Yuxarı karvansara"dır. 1819-cu ilə aid sənədə əsasən isə "Xan karvansarası" adlanırdı. Karvansaradakı hər dükandan xana ayda 1 Şəki manatı məbləğində icarə haqqı ödənilirdi. Cəfərqulu xan Şəki xanlığı ərazisində "Xan bağı" deyilən bir bağ da saldırmışdır. Bu bağda dünyanın hər yerindən meyvə ağacları və bitkilər gətirilib əkilirdi. Cəfərqulu xan Nuxada Avropa standartlarına uyğun bir qala da inşa etdirmək istəyirdi, bu barədə təşəbüs irəli sürmüşdü, lakin dünyasını dəyişdi və arzusunu həyata keçirə bilmədi.


Tarix: 10.01.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Azərbaycan xanlıqları
loading...