Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn xanın Şəki xanı olması (mənbələrdən iqtibaslar)

Gürcüstanın Rusiyaya birləşdirilməsinin 100 illiyi münasibəti ilə tərtib edilmiş "Qafqazda Rus hakimiyyətinin bərqərar olması" ( rus. Утверждение русского владычества на Кавказе ) adlı kitabda qeyd edilir ki,

"9 avqust[q 1] tarixdə iranlılar bizim (– ruslar) tərəfdən boşaldılmış Yelisavetpola (– Gəncəyə) girdilər və qalanı tutdular. İran bayrağı yenə də köhnə qalanın başında göründü... Elisavetpolun tutulması ilə eyni vaxtda, çoxdan ölmüş Səlim xanın oğlu Hüseyn xan Nuxada, Mustafa xan Şirvanda, Şeyxəli xanın oğu Qubada, Hüseynqulu xan (Sisianovun qatili) Bakıda, Mirhəsən xan isə Talışda peyda oldu. Hətta Gürcü şahzadəsi Aleksandr da Kaxetiyaya daxil olmaq istədi, qazıqumuxlu Surxay xan isə öz oğlanları və 15 nökəri ilə Dağıstana girməyə cəhd etdi...".
"...Şəki vilayəti iranlılar tərəfindən zəbt edilmişdi. Orada bir Hüseyn xan – Şəki xan xanədanının son nümayəndəsi, peyda oldu. Hüseynin atası Səlim, Rus təbəəliyinə könüllü keçmiş, Qudoviç zamanında İrana qaçmışdı və orada (– əslində Türkiyədə) ölmüşdü. Ölkəsi o zaman (– o, İrana qaçanda) Xoydan gəlmiş başqa nəslin əlinə keçmişdi və onlardan sonuncunun (–İsmayıl xanın) ölümündən sonra – Yermolovun dövründə, adi Rus əyalətinə çevrildi. Güman edilirdi ki xalq Hüseyni öz köhnə xanlarının davamçısı kimi qəbul edəcəkdir. Buna görə iranlılar ona qoşun vermişdilər və tələb etmişdilər ki xalqı (ruslara qarşı) ayağa qaldırsın. Amma onların seçimi uğursuz oldu. Hüseyn həqiqətən Nuxanı tutdu, oradakı ikı Rus rotası isə döyüşsüz Kaxetiyaya çəkildi, – bununla da onun fəaliyyəti başa çatmış oldu. O, oturdu Nuxadakı öz sarayının zərli otaqlarında və yalnız eyş-işrətlə məşğul oldu. Camaatın yaddaşında Hüseyn qətiyyətsiz və tənbəl bir adam kimi qalmışdır və bu barədə lətifələr dildən-dilə dolaşır. Abbas Mirzə əbəs yerə ondan tələb etmişdi ki, carlılarla birləşib Kaxetiyaya hücum etsin. Hüseyn isə cavab vermişdi ki, şahzadə Aleksandra köməyə gedəcək, lakin heç yerə getmədi. Şəki vilayəti əgər müvəqqəti olaraq Rusiyadan ayrılmışsa da, onunla İran arasında siyasi münasibətlər formalaşmadı".
Ruslar Abbas Mirzənin İrana geri çəkilməsindən heç 1 ay keçməmiş, onun son yürüşü zamanı əllərindən çıxmış bütün əraziləri, təkrarən öz hakimiyyətləri altına ala bildilər, o cümlədən, onlar 17 oktyabr tarixində köhnə Şamaxıya daxil olmuşdular və Mustafa xan da qaçmışdı, yalnız Şəkidə rus hakimiyyəti hələ bərpa edilməmişdi.

Şəkidə rus hakimiyyətinin bərpa edilməsi və Hüseyn xanın hakimiyyətinə son qoyulması üçün Nuxaya hərəkət edən rus ordusunun başında, şəxsən Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov durdu. Rus hərb tarixçisi N.F.Dubrovinin yazdığına görə

"Yermolov böyük bir ordu və 18 topla 29 oktyabr[q 2] tarixdə Alazan çayını keçmiş və 31 oktyabr[q 3] tarixdə Nuxa şəhərinə daxil olmuşdu. Rus ordusunun gəlməsini görən xan və yanındakı iranlılar qaçmağa üz qoydular, elə bərk qaçdılar ki, onları təqib etmək üçün göndərilmiş kazaklar onlara çata bilmədilər. Sadə xalq rusları sevinclə qarşıladı, amma bəylərin əksəriyyəti xanla birlikdə qaçmışdılar".

Digər rus məbəsinə görə isə

"Yermolov Rusiyadan ona göndərilmiş hərbi dəstələrin gəlib çıxmasını gözləyirdi. Onların ilk partiyası Tiflisə yetişən kimi, o, həmin saat yürüşə başladı və 31 oktyabrda[q 4] Nuxaya daxil oldu. Xan o qədər bərk qaçdı ki, dalınca göndərilmiş kazaklar ona çata bilmədilər, o, xeyli qabaqda idi, onu tutmaq mümkün olmadı. Şəki xanlığı təlatümdən qeyri-şərtsiz itaətə, tam sakitliyə keçdi".


Tarix: 12.01.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycan xanlıqları
loading...