Əsgər xan Xançobanlı
Həyatı
1756-cı ildə Şamaxıda Məhəmmədsəid xan Xançobanının 3-cü oğlu olaraq dünyaya göz açmışdı. Fətəli xan 1787-ci ildə Şirvanı işğal edəndən əvvəl Qarabağa sonra Cara qaçmışdı. Daha sonrakı dayanacaqları isə Avar xanlığı olmuşdu. 1790-cı ildə Şəki xanı Məhəmmədhəsən xanın köməyi ilə Şirvan xanı oldu. 1791-ci ildə Hacı Məhəmmədəli xanın oğlu Manaf xanı öldürərək ondan Ağsunu aldığına görə Məhəmmədhəsən xan Quba xanı Əhməd xanla birlikdə ona qarşı hücum etsə də, Əsgər xan 5000 tümən pul verərək ləzgiləri öz tərəfinə çəkdi. Şirvan əyanları 6 aylıq hakimiyyətindən sonra Əsgər xanı devirdilər və qardaşı Qasım xanı hakimiyyətə gətirdilər.
Tarix: 10.01.2015 / 18:01 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycan xanlıqları
loading...