Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim Tapdıqoğlu

Nazim Tapdıqoğlu (tam adı:Nazim Tapdıq oğlu Vəlişov; d. 26 yanvar, 1963) — tarixçi, toponimist, “Qızıl Qələm” mükafatı laureatı, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisi.
Həyatı
Nazim Tapdıqoğlu 1963-cü ildə Füzuli şəhərində doğulub. 1970-1980-ci illərdə 1 saylı Füzuli şəhər orta məktəbində oxumuşdur. 1981-1983-cü illərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakultəsini, Bakı Dövlət Universitetinin Tarix fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Politologiya və Sosiologiya elmləri üzrə tam kurs keçmişdir. Nazim Tapdıqoğlu həm də pedaqoji fəaliyyətlə məşğul olur. Dövri mətbuatda 1977-ci ildən etibarən şeir, məqalə, oçerk, və publisistik yazıları ilə çıxış edir. 1993-cü ildən onomastikanın tərkib hissəsi olan toponomika ilə, xüsusilə, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin toponimlərini, onların mənalarını, mənşəyini, yayılma areallarını öyrənməklə məşğuldur.

Müxtəlif sahələrə aid 43 kitabın müəllifidir.

Ailəlidir. Üç övladı var.

Əsərləri
Bu dünyada insan yaşar (1998)
Müqəddəs Qarabağım (2000)
Füzuli rayonunun toponimləri (2000)
“Azərbaycan faciələrinin təqvimi”


Tarix: 11.02.2015 / 13:07 Müəllif: Feriska Baxılıb: 154 Bölmə: Azərbaycan tarixçiləri
loading...