Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Bağır Əliyev

Həyatı
Mirzə Bağır Yusif oğlu Əliyev təqribən keçən əsrin 80-ci illərinin əvvəllərində Naxçıvanda anadan olmuşdur. Ailədə 5 uşaq olmuşlar. Böyük qardaş Məşədi Tağı, Nağı, Mirzə Bağır, Fatma və Ümmülşərəf. Gimnaziya təhsili alan Mirzə Bağır Əliyev ərəb, fars, rus dillərini mükəmməl bilmiş, hətta ara-sıra "Səyyar" təxəllüsü ilə şerlər də yazmışdır. O dövrünün Hüseyn Cavid kimi ziyalıları ilə yaxından təmasda olmuş, onların bir çoxu ilə dostluq etmişdir.

Mirzə Bağır Əliyev həmişə yazı ilə məşğul olardı. Nə yazdığını bilmirdik, çünki rusca, çoxunu isə ərəb əlifbası ilə yazardı. Bütün kitablarının üstünə özünün qayırtdırdığı möhürü vurardı. 1918-1920-ci illərdə Naxçıvan erməni təcavüzünə məruz qaldığı zaman Naxçıvanda Müsəlman Milli Komitəsinin katibi olan atam ictimai fəaliyyət göstərmiş, Naxçıvanın erməni və beynəlxalq təcavüzdən azad olması yolunda yorulmadan çalışmışdır. Sonralar Mirzə Bağır Əliyev Naxçıvanda müəllim, vəkil işləmişdir.

Həyat yoldaşı İrəvan xanlarından İbrahim bəy Makinskinin qızı Əfşan xanım idi. Mirzə Bağır Yusif oğlu Əliyev Azərbaycan Respublikasının Xalq artisti Zəroş Həmzəyevanın atasıdır.

Mirzə Bağır Əliyev 1938-ci il sentyabr ayının 1-də təqribən 55 yaşında ürək çatışmazlığından vəfat etmişdir.

Əsərləri
Qanlı günlərimiz (1918—1920, Naxçıvan)


Tarix: 11.02.2015 / 12:50 Müəllif: Feriska Baxılıb: 179 Bölmə: Azərbaycan tarixçiləri
loading...