İzirtu
İzirtu - Manna (Bukan) dövlətinin paytaxt şəhəri. Tədqiqatçıların fikrincə, İzirtu müasir Ziviyə şəhərinin (Güney Azərbaycanda) yaxınlığında yerləşib. İzirtu da digər Manna şəhərləri kimi müdafiə xarakterli qalalarla əhatələnmişdi. Şəhərdə iki və üç mərtəbəli binalar, eləcə də məbədlər olub. E.ə. 716-cı ildə Assur hökmdarı II Sarqon İzirtunu tutub yandırmışdı. Lakin şəhər tezliklə bərpa olunmuşdu. E.ə. 650-ci ildə Assur hökmdarı Aşşurbanipal yenidən İzirtunu zəbt edərək dağıtmışdı.
Tarix: 08.01.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 10 Bölmə: Azərbaycan paytaxtları
loading...