Şəhərin adı barədə mütəxəssislərin yekdil qərarı yoxdur. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu iki qat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. Müasir Təbriz sözünün tələffüzünün özü-özlüyündə müəyyənləşdiyi ehtimal edilir.
Mənbələrdə Tarui, Tarmakis, Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz, Tabriz, Terbiz və s. kimi qeyd olunan “Təbriz” sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi müəlliflər bu adın Surxab dağı nın qədim adı “Tori” ilə əlaqədar olduğunu, digərləri isə Təbriz kəlməsinin Təbriz-Tavris-Tavaris, yəni (tav)+(aris) “dağ+arası” deyərək qeyd edirlər. İ.M.Dyakonov “Təbriz” sözünün ilk forması olan “Tarui-Tarmakis” sözünün qədim aşşur dilində “ikiqat qala” adlandırıldığını qeyd edir. “Təbriz” sözünü “günəş saçan” mənasında izah edənlər onun əsasının qoyulmasını daha qədimə apararaq, atəşpərəstlik lə əlaqələndirirlər. J.Şarden Təbrizdə olarkən şəhərin maliyyə idarəsində xəzinədar işləmiş Mirzə Tahirə istinadən “Təbriz” sözünü atəşpərəstliklə əlaqələndirib, tab-işıq, riz-saçan mənasında (“işıq saçan”) kimi izah etmişdir. Səid Nəfisi də “Təbriz” sözünün ilk şəklinin “tab” olduğunu bildirərək qeyd edir ki, bu ad vaxtı ilə Səhənd dağlarında atəş püskürən vulkanlar]]la əlaqədar olmuşdur. “Təbriz” sözünü dağ adı ilə əlaqələndirən Kontarini yazır: “Bu şəhərin yaxınlığında bir neçə qırmızı rəngli dağ müşahidə olunur. Deyirlər ki, onlar Tori dağları adlanır”. Təbriz şəhəri üç tərəfdən – şərqdən Surxab, qərbdən – Yanıq, cənubdan – Səhənd dağlarının ətəkləri ilə əhatə olunmuşdur.
Tarix: 08.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycan paytaxtları