Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəzvin (şəhər)

Qəzvin - İranın ən qədim şəhərlərindən biridir. Səfəvilər sülaləsinin hakimiyyəti zamanı Qəzvin həmçinin paytaxt olmuşdur.Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məsçidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir. IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar. XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır. İsmayillilər hərəkatı və onların mərkəzi hökumətlə apardığı uzun mübarizə Qəzvinin tarixinə böyük təsir göstərmişdir. İsmayillilərin müvəffəqiyyətləri Qəzvini yeni bir mərkəzə çevirmişdir. Səfəvilər Qəzvini paytaxt seçdiyində, burada böyük tikinti və yenidənqurma işləri aparılmışdı. Qacarlar paytaxtı Tehrana keçirdikdə, Avropaya gedən yolun yaxınlığında yerləşən Qəzvinin də bir şəhər kimi əhəmiyyətini artırmışdır. Hal-hazırda Qəzvin İranın iqtisadi, sosial cəhətdən inkişaf etmiş mühüm şəhərlərindən biridir. Dinamik inkişaf edən sənaye və kənd təsərrüfatı İranın ümumi inkişafına xidmət edir


Tarix: 08.01.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycan paytaxtları
loading...