Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazaka Etimologiyası

Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir.[2] Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar. [3]

Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q.Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir.


Tarix: 08.01.2015 / 16:40 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Azərbaycan paytaxtları
loading...