Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yelmar Şərifov - Elmi fəaliyyəti

Yelmar Şərifov 1946-1952 illərdə Azərbaycan Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunda baş elmi işçi işləmişdir. 1952-ci ildən 1959-cu ilə kimi Meşə Təsərrüfatı İnstitutunun Meşə torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqşünaslığı laboratoriyasında baş elmi işçi olmuşdur. 1968-ci ildə Meşə torpaqşünaslığı laboratoriyası şöbə şəklində Coğrafiya İnstitutunun tərkibinə keçdikdən sonra həyatının sonuna kimi həmin şöbənin baş elmi işçisi vəzifəsində çalışmışdır.

Yelmar Şərifov 5 monoqrafiyanın, 50-yə yaxın elmi məqalənin müəllifi idi. O, 1952-1959 illərdə Respublikanın dağ və dağətəyi meşə altı torpaqlarda tədqiqat işləri aparmış bunun nəticəsi olaraq “Azərbaycan meşə torpaqlarının bəzi genetik xüsusiyyətləri” adlı monoqrafiyasını yazmışdır. Bu əsər 1964-cü ildə Bakıda rus dilində nəşr edilmişdir.


Tarix: 23.01.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Azərbaycanın müharibələri‎
loading...