Həyatı
Habil Əliyev 1971-ci il noyabrın 28-də Ağdamın Quzanlı kəndində anadan olub. 1988-ci ildə orta məktəbi bitirəndən sonra bir müddət kolxozda çalışıb.
İşlədiyi müddətdə keçirdiyi ağır xəstəlik Habili Bakı xəstəxanalarından birinə gətirib çıxartdı. Bir neçə aylıq müalicədən sonra o,yenidən kəndə qayıtdı və artıq əsgərlik yaşının çatmasına baxmayaraq, həkimlərin qərarıyla xidmətdən möhlət hüququ aldı. Bu möhlət müddəti hər dəfə uzadıldığından güman olunurduki, həkimlər Habili hərbi xidmətdən birdəfəlik azad edəcəklər. Ancaq bu, qətiyyən onun ürəyindən deyildi. Xocalı faciəsindən, Şuşa və Laçının işğalından sonra daha onun qarşısını heç nəylə almaq mümkün deyildi. Tibbi komissiyadan keçmədiyinə görə dəfələrlə hərbi komissarlıqdan geri qaytarılan Habil, nəhayət, təkidi və inadkarlığı hesabına 1992-cı ilin 10 iyununda milli ordu sıralarına qoşuldu.
Habilin döyüş yolu Ağdam və Ağdərə bölgələrindən keçib. 1992-ci iyun yay aylarında qanlı döyüşlərdə o, fəal iştirak edib, Canyataq, Gülyataq, Qazançı, Qalayçılar, Fərrux məntəqələrinin düşməndən azad olunmasında böyük fədakarlıq göstərib. Dəfələrlə təhlükəli vəziyyətə düşsə də, yüksək döyüş qabliyyəti sayəsində özünü, döyüşçü dostlarını və sürücüsü olduğu hərbi texnikanı xilas etməyə müvəffəq olub. İki dəfə yaralanmasına baxmayaraq döyüş bölgəsini tərk etməyib və yaralandığı haqda ailəsinə heç bir xəbər çatdırılmayıb. Döyüşlərdə göstərdiyi igidliyə görə Habil vzvod komandiri vəzifəsinə təyin olunub.
1992-ci il sentiyabrın 25-də Habili son döyüşü oldu. O gün Fərrux dağı uğrunda gedən döyüşdə Habil minaatan qəlpəsindən ağır yaralanır. Çox böyük çətinliklə, maşından - maşına götürülməklə hərbi qospitala çatdırılsa da yolda xeyli qan itirir. Həkimlər onun bədənində cərrahiyə əməliyyatı aparsalarda Habili xilas etmə mümkün olmur. Habil elə qospitalda həlak olur. Habil Əliyev Quzanlı qəbirsanlığında dəfn olunub.
Tarix: 23.01.2015 / 17:14 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Azərbaycanın müharibələri