Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kamil Əliyev

Həyatı
Kamil Əşrəf oğlu Əliyev 6 iyun 1932-ci ildə Ağdam şəhərində anadan olmuşdur. O, 1941-ci ildə Ağdam şəhər 2 nömrəli rus məktəbinə qəbul olunmuş, 1952-ci ildə həmin məkbətəbi bitirmişdir.

Kamil Əliyev 1952-ci ildə Ağdam İkiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə başa vuraraq Ağdam şəhər 2 nömrəli rus məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinə qəbul olunmuş, 1957-ci ildə oranıda bitirmişdir.

Kamil Əliyev 1974-cü ildə "Qabaqçıl maarif xadimi " adını almış, 1976-cı ildə "SSRİ-nin maarif əlaçısı" döş nişanı ilə təltif edilmişdir. Ona 1979-cu ildə "Baş müəllim" adı verilmişdir. 1981-ci ildə Ağdam şəhərində 7 nömrəli orta məktəb yaradılmış və Kamil Əliyev həmin məktəbə direktor təyin olunmuşdur. O, 1987-ci ildə 7 nömrəli məktəbə yeni müasir binanın tikilməsinə nail olmuşdur.

Ağdamın işğalından sonra Bakı şəhərində məskunlaşmış Kamil Əliyev burada 242 saylı orta məktəbdə fizika-riyaziyyat müəllimi işləmişdir.

O, 2 avqust 2006-cı ildə vəfat etmişdir.


Tarix: 23.01.2015 / 17:30 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Azərbaycanın müharibələri‎
loading...