1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənir. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edir. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qətiyyən mümkün deyil.
Real Madrid - Manchester United matçında baş hakim olmuşdur. (1951-ci il) . Həmin matçda isə Real Madrid qazanmışdır.
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
T. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, Tofiq müəllim 1972-ci ildə Qitələrarası kubokun finalını ("Ayaks" (Hollandiya)- "İntependyente" (Argentina) idarə edib.
DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdu.
Tofiq Bəhramova bu oyundan sonra həmçinin, Böyük Britaniya kraliçasının özü "Qızıl ilahə" mükafatını təqdim edib.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini həmyerlimizə təqdim etmişdi.
Çox az adam bilir ki, Tofiq Bəhramov 1970-ci il dünya çempionatında da hakimlik edib. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.
Bəhramov haqqında sənədli film də çəkilib.
İngilislər televiziyaya baxmağı xoşlayırlar. Onlar daha çox idman stop-kadrlarını seyr etməyi sevirlər. "Freeview Playback" şirkəti Böyük Britaniya sakinləri arasında "Siz bəşəriyyət tarixində hansı stop-kadrı ən məşhur hesab edirsiniz?" sualı əsasında sorğunun nəticələrini müəyyənləşdirib. Nəticələrə görə, Ceff Herstin vurduğu qol birinci, Tofiq Bəhramov ikinci, "Əsas instink" filmindəki Şeron Stounun ayaqlarının yığılması epizodu üçüncü yerlə dəyərləndirilib.
2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Əgər azərbaycanlılar üçün Tofiq Bəhramov o zamandan bəri dünya çempionatının final oyununu idarə edən hakim hesab olunursa, ingilislər üçün Metto Basbi, Alfom Remzi, Bobbi Mur, Bobbi Çarlton kimi futbol simvolları ilə bir sırada durur. Artur Hopkraft kitabında yazır: "Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə". 2004-cü ilin 14 oktyabrında dünya futbolunun ulduzları T.Bəhramovun xatirəsinə həsr olunmuş seçmə oyunlarda Azərbaycan və İngiltərə yığmasının oyununu izləmək üçün Bakıya gəldilər. Həmin gün əfsanəvi hakimin şərəfinə ucaldılan abidənin açılış mərasimi də keçirildi. Dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılmışdı. Mərasimdə FİFA-nın prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular da iştirak edirdilər. Blatter çıxış edərək: "Bakıda olmağıma və böyük idmançının heykəlinin açılışında iştirak etməyimə çox şadam. Hələ indiyə qədər heç bir yerdə hər hansı bir hakimin adını daşıyan stadionun açılışında iştirak etməmişəm. Bu qonaqpərvər mühiti yaratdıqlarına görə bütün Bakı sakinlərinə minnətdarlığımı bildirirəm!" – deyə ürək sözlərini dilə gətirdi. Azarkeş Aydın Zərbəliyev isə "Ola bilər London sakinləri mənimlə razılaşmasınlar, amma mənə elə gəlir ki, yan xətt hakimi Tofiq Bəhramov şərəfinə abidə ucaldılmasına heç də admiral Nelsondan az layiq deyil. Herst isə çıxış edərək "Mən sizi 100 faiz əmin edirəm ki, 1966-cı ilin final oyununda Almaniyanın qapısına vurduğum qol doğru idi. Bütün İngiltərə adından Tofiq Bəhramovun ailəsinə təşəkkür edirəm!"
Tofiq Bəhramov 2006-cı il dünya çempionatına həsr olunan cizgi filminin qəhrəmanı da olub.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb.
Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası – Respublika stadionu onun adını daşıyır. Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb.
2004-cü il oktyabrın 14-də keçirilən abidənin açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA-nın hazırkı prezidenti Mişel Platini, 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herst və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev iştirak etmişdi.
Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
2004-cü ildə dünyada hakimlər içərisindən ilk dəfə məhz onun adına abidə ucaldılıb.
Tarix: 23.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 194 Bölmə: Azərbaycanın müharibələri