Həyatı
Fəqani Səfərov 1 mart 1976-cı ildə Ağdam rayonunun Üçoğlan kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə Üçoğlan kənd orta məktəbində oxumuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olmuş, 2000-ci ildə oranı bitirmişdir.
2000-ci ildə həqiqi hərbi xidmətə getmiş və Ağstafa rayonunda N saylı hərbi hissəsində əlahiddə kəşfiyyat taborunda kəşfiyyatçı kimi xidmət etmişdir. Hərbi xidmət dövründə xidmətdə fərqləndiyinə görə H\H komandiri və korpus komandiri tərəfindən təltiflər almışdır. 2001-ci ildə Milli ordudan tərxis olunduqdan sonra Ağdam rayonunda pedaqoji fəaliyyətə başlamış, 2004-cü ildə Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində namizədliyini vermiş və bələdiyyə üzvü seçilmişdir.
2007-ci ildən Ağdam rayonu İcra Hakimiyyətində və Yeni Azərbaycan Partiyasının Ağdam rayon Şöbəsində məsul vəzifələrdə çalışmışdır. 2011-ci ildən Ağdam rayonu Cabbar bəy Vəlibəyov adına Birinci Baharlı kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir.
Ailəlidir, iki övladı var.
Tarix: 23.01.2015 / 17:08 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycanın müharibələri