Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələsgər Novruzov - Döyüşlərdə iştirakı

Ələsgər Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır.

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.

1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak etdi.

Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə.Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir.

Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə.Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı.

Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi.

Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdur.

1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücühm edərkən Ə.Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmiş, atəşi öz uzərlərində götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ə.Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini sağ-salamat qurtarmışlar.

1990-cı ildə Yerevandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə.Novruzov döyüş yoldaşlarından R.Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdır.

1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ə.Novruzov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərmişdir.

25 fevral 1992-cı il tarixində Ə.Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası almışdır. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır).

Ailəsi
Ailəli idi, üç övladı yadigar qalıb.


Tarix: 22.01.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanın müharibələri‎
loading...