Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xuraman Abbasova

Həyatı
Xuraman Abbasova kolxoz sədri işləmişdir. o, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı, üç dəfə "Lenin" ordeni almışdır.

Xuraman Abbasova yaşını üç il qabağa çəkdirmiş, Kommunist Partiyasına qəbul olunmuşdur. O, aqronom idi.

Sessiyaların birində “ermənilərin Qarabağa qonaq gəlməsini” söyləməsindən, Xudu Məmmədovun dəfnində fəal iştirakından dolayı partiya rəhbərliyi ilə aralarında narazılıq olurdu.

Xuraman Abbasovanın sülhpərvər addımı ölkə daxilində daha çox qınansa da (Bu hadisənin əleyhdarları hesab edirlər ki, əgər Xuraman Abbasova hələ münaqişənin yeni qızışan vaxtında örpəyini atmasaydı, kütlə Xankəndinə qədər gedib erməniləri yerində oturdar, bundan sonra müharibə də olmazdı) ölkə xaricində sülh üçün atılmış cəsarətli bir addım kimi qiymətləndirildi. Keçmiş SSRİ-də isə bu hadisə olduqca müsbət qarşılanır. Hətta sovet şairi Yevgeni Yevtuşenko Xuraman Abbasovanın bu addımından ilhamlanaraq ona “Örpək” adlı şeir həsr etmişdir


Tarix: 23.01.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanın müharibələri‎
loading...