Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas bəy İsmayılbəyov

Həyatı
Abbas bəy Ağalar bəy oğlu 1883-cü ildə Şuşa qəzasının Abdal kəndində anadan olmuşdu. İbtidai təhsilini kəndlərindəki rus-tatar məktəblərində almışdı. Dayısı Seyfulla mirzə Qovanlı-Qacar onu Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına aparmışdı. Zaqafqaziya Müəllimlər Seminariyasına 1899-cu ildə qəbul olunmuş, 1904-cü ildə oranı əla qiymətlərlə bitirmişdir. Həmin il seminariyanı 17 nəfər azərbaycanlı gənc bitirmişdi. Həsən bəy Sultanov — Zəngəzur qəzasından, Möhsün Cabbarxanov — İrəvandan, Əli Terequlov Tanrıqulov — (Tiflisdən), Əbdülqədir Əlqədari — Dağıstanın Kürə nahiyəsindən (məşhur tarixçi alim Həsən Əlqədarinin (1835-1910) oğlu idi), Müslüm Maqomayev – Çeçenistandan, Osman Əfəndiyev – Qazax qəzasının Şıxlı kəndindən, Üzeyir bəy Hacıbəyov, Azad Əmirov, Zülfüqar bəy Hacıbəyov (II), Abbas bəy İsmayılbəyov – dördü də Qarabağın Şuşa şəhərindən idi. Onlar seminariyanı müvəffəqiyyətlə bitirib müəllimlik şəhadətnaməsi aldılar.Onu Lənbəran kənd məktəbinə göndərdilər.O, az müddət ərzində bu məktəbi nümunəvi qaydaya saldı, səliqə-səhman yaratdı.Ordan Qərvənd kənd məktəbinə, bir müddət burda çalışandan sonra Ağdam məktəbinə dəyişdilər. O, burda düz 20 il direktor işlədi. Abbas bəy Qarabağ ziyalılarını (İdris Ağamirzəyev, Mirzə Davud Ağamirzəyev, Əli İbrahimov, Məhiş Hüseynov, Yəhya Şeyda Qarabaği və başqalarını) ətrafına toplayıb Ağdamda nümunəvi bir məktəb yaratdı. İndiki Ağdam şəhər 1 saylı məktəb Qarabağda "Abbas bəyin məktəbi" kimi tanınırdı. Repressiya küləyi ondan da yan ötmədi.1927-ci ildə milliyətcə erməni olan Camxarovun sayəsində sürgühə göndərildi. 1934-cü ildə sürgündən qayıdıb sevimli peşəsi ilə məşğul oldu. O, 1940-cı ildə vəfat edib.


Tarix: 22.01.2015 / 19:25 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Azərbaycanın müharibələri‎
loading...