Həyatı
Elçin Mehrəliyev 1952-ci il mayın 18-də Ağdam rayonunun Güllücə kəndində anadan olub. 1971-1976-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1976-1991-ci illərdə “Azərbaycan gəncləri” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti aparatında Azərbaycan dilli mətbuat üzrə bölmənin müdiri, Mətbuat xidməti rəhbərinin müavini, 1992-1993-cü illərdə “Yurd” jurnalı baş redaktorunun 1-ci müavini, 1993-2001-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində mətbuat katibi, spigerin köməkçisi, 2001-2004-cü illərdə “Maarifçi” qəzetinin və “Advokat+” jurnalının baş redaktoru vəzifələrində işləyib. 2005-ci ildən etibarən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. 2009-cu ildən həmin İnstitutun Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir.
Tarix: 23.01.2015 / 16:48 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanın müharibələri