Həyatı
Sadiq Xəlilov 20 aprel 1950-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1966-cı ildə Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbi başa vurmuşdur.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1971-ci ildə universiteti bitirmişdir.
Universiteti bitirdikdən sonra təyinatla Ağcabədi rayonunun Boyad kənd orta məktəbində fizika müəllimi işləmişdir.
Sadiq müəllim 1972-ci ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin “Ümumi fizika” kafedrasında laborant, baş laborant və baş elmi işçi vəzifələrində çalışmışdır.
1979-cu ildən fizika-riyaziyyat elmləri namizədidir.
Sadiq Xəlilov 1982-ci ildən 2000-ci ilədək Azərbaycan Texniki Universitetinin Fizika kafedrasında dosent vəzifəsində çalışmışdır.
2000-ci ilin avqustundan hal-hazıra qədər Sumqayıt Dövlət Universitetində tədris hissəsinin müdiri, 2006-cı ildən isə həm də fizika tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. Sadiq Xəlilov 110-a qədər elmi, elmi-metodik məqalənin və bir neçə dərs vəsaitinin müəllifidir. 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona "Azərbaican Respublikasının Əməkdar müəllimi" fəxri adı verilmişdir.
Üç övladı və beş nəvəsi var.
Tarix: 23.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycanın müharibələri