Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Futbol üzrə dünya çempionatı 2006

2006 FİFA Dünya Kuboku – 2006-cı il 9 iyun-da Münhendə yerli Almaniyanın Kosta Rikaya qarşı oyunu ilə başlamış, 2006-cı il 9 iyul-da Berlindəki final matçı ilə sona yetən sayca XVIII Dünya Kuboku turniri. Almaniya turniri keçirmə haqqını 2000-ci ildə FİFA tərəfindən keçirilən səsvermədə İngiltərə, Cənubi Afrika Respublikası, Braziliya və Mərakeşi geridə qoyaraq qazanmışdır. Səsvermə Almaniya tərəfindən hiylə işlədildiyi iddiası ilə qalmaqallı bitmiş, nəticədə FİFA növbəti turnirin CAR-da keçirilməsinə qərar vermişdir.

Səkkiz komanda çempionatda ilk dəfə olaraq iştirak etdi. Bu komandalar Anqola, Qana, Kot-d’İvuar, Serbiya və Monteneqro, Toqo, Trinidad və Tobaqo, Ukrayna, Çexiya milli komandaları idi.

Dünya çempionatları tarixində ikinci dəfə oyunsonrası penaltilər təyin olundu. İtaliya komandası çempion adına layiq görüldü.


Tarix: 27.02.2015 / 17:41 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Almaniya tarixi
loading...