Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller → " Eləyib Allah onu hüsnü məlahət kanı " qəzəli

Eləyib Allah onu hüsnü məlahət kanı,
Etməmiş kəm o pərivəşdən ədəb-ərkanı.

Onu gözdən belə bir dəm də uzaq qoymaz, gər
Aşiqin çatsa buna zərrə qədər imkanı.

Öylə bir halə salə aşiqini cananı,
Götürə başına fəryadı onun hər yanı.

Cana pərçimləmiş öz eşqini canan, ey dil,
Çıxmasın, rəhm eləsin bir dənə də peykanı.

Verə Allah ona insafı müdam zülm eləyə,
Çıxa ta ərşə qədər aşiqinin əfqanı.

Ey könül, vəslin umursan dedilər cananın,
Ay gözün çıxmasın, azdırmı sənə hicranı?.

Dəyişər Yasin adın, ey dil, əgər bir kimsə,
Görsə ol şuxi onun olmasa gər heyranı. Ardı »

Qezeller → "Sən olan yerdə"

Ruhum ki, olur hər dəm peyda sən olan yerdə,
Cismim niyə qalsın ki, tənha sən olan yerdə.

Ey gül, güli-rəna da olmaz bu gözəllikdə,
Dönməzmi gülüstanə səhra sən olan yerdə.

Məşhur ola bilməzdi bir əsrdə olsaydıq,
Məcnun mən olan yerdə, Leyla sən olan yerdə.

Tanrım sənə, ey afət, vermiş elə bir surət,
Axtarmağa yox hacət məna sən olan yerdə.

Əşrəf hesab eylər ki, kuyindən ibarətdir,
Başlar həmi qurtarar dünya sən olan yerdə. Ardı »

Qezeller → "Könül,gəldi gül əyyami,güzər eylə gülüstanə"

Könül,gəldi gül əyyami,güzər eylə gülüstanə,
Ki,onda bülbüli-təbin gətirsin qönçə dəstanə.

Dila,bu az ömründə cahanı imtahan etdin,
Əcəb olmaz gər ah ilən görürsən cümlə məstanə.

Sərasər əhli-dünyanı,gönül,peşmanşikən kördüm.
Kənar ol əhli-aləmdən,əlindən qoyma peymanə.

Cahan əhlində iş ancaq fəribü məkrdir yeksər,
Gözümdə qaldı ki, bir kəs danışsın sözü mərdanə.

Vəfası əhli-dünyanın dəmadəm ğədrdir,təzvir,
Gözüm,sən etibar etmə bu aləmdə bir insanə.

Qarındaşın isə,ey dil,sözünə etmə gəl bavər,
Qaçıb bu əhli-aləmdən,sığın bir şahi-mərdanə.

Könül,ənqa kimi eylə təriqi-üzləti pişə,
Fəribindən həzər eylə,qərin olma bir insanə.

Vidai-dəhri-dun etsəm,olam qəmnak mən haşa,
Çü əbnayi-zəman məkri yetirmiş Nasiri canə. Ardı »

Qezeller → "Hər səhərgəh naləvü əfğanımız bica deyil"

Hər səhərgəh naləvü əfğanımız bica deyil,
Şam vəqti ahi-dilsuzanımız bica deyil.

Biz həkimi-əsriz, əşki bilmişiz təfrihi-təb,
Hər ətibba tək bizim dərmanımız bica deyil.

Ya yetiş fəryadə, ya ver nəqd əşkim qiymətin,
Müft sanma, bu düri-qəltanımız bica deyil.

Daneyi-əşkim verir hər dəmdə bir qəm meyvəsin,
Bağban, bu çəşmi-xunəfşanımız bica deyil.

Şurumuz, əmalımız, səbül-məsanimiz qəzəl,
Övliyayiz, coxdürür xahanımız, bica deyil.

Suzi-şamü ahi-sübhü dərdi-zöhrü hüzni-əsr,
Ünsürü tərkibi-çarərkanımız bica deyil.

Sabita, xamuş, yoxdur sirri-hikmətdən sual,
Hər nə kim, mənzur edər sultanımız, bica deyil.
Molla Hüseyn Sabit Ardı »

Qezeller → " Açılıb eyni gülür şövq ilə aləm, aləm " qəzəli

Açılıb eyni gülür şövq ilə aləm, aləm,
Görünür hər nə var ətrafdə xürrəm, xürrəm.

Bəzənir nazlı mələk tək kəpənəklər, bəh-bəh,
Güzgüdür ağ ləçək üstündəki şəbnəm, şəbnəm.

Su atır göy qışın ardınca gözündən xoş-xoş,
Üzümüzdən, gözümüzdən yuyulur qəm, qəm, qəm.

Tut ucundan yağışın çıx göyə addım-addım,
Düşməz əlbəttə bu imkan ələ hər dəm, hər dəm.

Qanı donmuşdu, ağarmışdı bu dünya, dünya,
Gətirib gəldi bahar dərdinə məlhəm, məlhəm.

Yer göyə, göy yerə bağlandı, ay Allah, Allah,
Oldular Yasinə bu yaz günü həmdəm, həmdəm. Ardı »

Qezeller → "Cana, bu nə cadudur qaşü göz arasında"

Cana, bu nə cadudur qaşü göz arasında,
Nitqim tutulur görcək hər dəm söz arasında.

Gər görsə Züleyxavü Yusif səni bəzmində,
Məhbut qalar billah, yüz bikr qız arasında.

Ənnəb ləbin cana, təşbih edib aşiqlər,
Nar danəsidir güya, düşmüş buz arasında.

Ey dil eləmə nalə, bəsdir, yerinə yetdi,
Saldın özün adlara, yandın göz arasında.

Əhdində vəfa varsa, məbhut nə durmuşsan,
Var kuyinə yügür, yort, canın üz arasında.

Xuni-cigərim gözdən ol qədr rəvan olmuş,
Laf etmə Kəminə çox, gəl gir üz arasında. Ardı »

Qezeller → "Eylərəm"

Ney kimi hər dəm ki bəzmi-vəslini yâd eylərəm,
Tâ nəfəs vardır quru cismimdə, fəryâd eylərəm.

Rûzi-hicrândır sevin, ey murgi-rûhum kim bu gün,
Bu qəfəsdən mən səni əlbəttə azad eylərəm.

Vəhm edib tâ salmaya sən mâha mehrin hîç kim,
Kimə yetsəm cövrü zülmündən ana dâd eylərəm.

Qan yaşım qılmaz vəfâ giryân gözüm isrâfına
Munca kim hər dəm cigər qanından imdâd eylərəm.

İncimən hər nicə kim ağyâr bidâd eyləsə,
Yâr cövriçün könül bidâdə mötâd eylərəm.

Bilmişəm bulman vüsâlın leyk bu ümmidilə,
Gâh-gâh öz xâtiri-nâşâdımı şâd eylərəm.

Lövhi- âləmdən yudum əşk ilə Məcnûn Ardı »

Qezeller → "Sənsiz"

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: "Yox yara hacət sənsiz"!

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!

Nə gözüm var - arayım mən səni, bəxtim də ki yol,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!

Sən Nizamidən əgər arxayın olsan da, gülüm.
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Nizami Gəncəvi Ardı »