Qezeller → "Hər zaman dövri-fələk cövrünü.."
Hər zaman dövri-fələk cövrünü kim, yad etdim,
Atəşi-ahim ilə aləmi bərbad etdim.
Bir qədi-sərvi-rəvan dilbəri-tərsanə görüb,
Onu Şirin sanıb, gəndimi Fərhad etdim.
Xaneyi-könlü fərağət qəmi qılmışdı xərab,
Dərdi-eşq ilə onu bir dəxi abad etdim.
Bu ümid ilə ki, qanım tökəcək qəmzən oxu,
Dəmbədəm xatiri-məhzunumu mən şad etdim.
Gərçi Rüsva kimi canımdan əlimi yaqadım,
Aşiq öldürməgə lakin onu ustad etdim. Ardı »