Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Qanim tökən qaşındı, gözün gördü danmasın"

Qanim tökən qaşındı, gözün gördü danmasın,
Müşküldü qonşu əyriliyin qonşu qanmasın.

Ahəstə, ey könül, elə get kuyi-dilbərə,
Yatmış qapı dalında rəqibi, oyanmasın.

Tök qanımı, vüsalə yetir, çün görülməyib
Aşiq əli vüsalə yetəndə boyanmasın.

Xalın üzündə möcüzədir, kimsə görməyib
Düşsün sipənd atəşi-şuzanə, yanmasın.

Səbr eylə, ey könül, yetər hər cövr yardən,
Aşiq gərək cəfavü sitəmdən usanmasın. Ardı »

QezellerDedim

Eliaga Vahid(1894 - 1965)
Bakida anadan olmuşdur. Bir neçe il mollaxana tehsili görüb. Azerbaycan şerinin görkemli nümayendelerinden biri, Füzuli mektebinin yetişmesidir. 1939-cu ilden şer kitablari defelerle çap edilib. Azerbaycan SSR emekdar incesenet xadimi (1943) fexri ada layiq görülmüşdür...
Bakida vefat edib, mezari fexri xiyabandadir... © Азярбайджан Гязялляри. Гязялляр топлусу.-Азярняшр, 1991.

А вот и Гязял Вахида...очень люблю его...

Dedim : - Ey qönçe dehan, könlümü qan eylemisen
Dedi : - Bica yere eşqimde feqan eylemisen

Dedim : - Insaf ele incitme meni, aşiqinem
Dedi : - Get, sirrimi dünyaya eyan eylemisen

Dedim : - Aglatma meni serv boyun şövqünde
Dedi : - Göz yaşini bihude revan eylemisen

Dedim : - Axir, gözelim, Ardı »

Qezeller"Qanlar içirtdi qönçeyi-xəndanə ləblərin"

Qanlar içirtdi qönçeyi-xəndanə ləblərin
Yüz tənə vurdu ləli-Bədəxşanə ləblərin.

Cam içrə ta olunca müqabil dodağuva
Döndərdi badənin ürəyin qanə, ləblərin.

Kafər, nə təşnədir dodağın qanın içməyə,
Rəhm eyləməzmi hiç müsəlmana ləblərin?

Sirri-dəhanüvü nə bilir qeyrlər ki, hiç
Vaqif degül bu nöqteyi-pünhanə, ləblərin.

Zəncirə salmağa genə divanə Rağibi,
Verdi icazə zülfi-pərişanə, ləblərin. Ardı »

Qezeller"Verir"

Aşiqə təlimi-yar feyzi-bəşarət verir,
Hər necə gül bülbülə dərsi-fəsahət verir.

Ol səhi-qəd, püstələb, gülşənə olsa rəvan,
Qönçəni dilxun edər, sərvə xəcalət verir.

Düzəx odu söylənir, şiddəti məşhurdur,
Canda fəraq atəşi özgə hərarət verir.

Çərxə vəfa bağlama, eyş elə gör vaxtkən,
Vədə irişsə əcəl sanma ki, möhlət verir.

Gövhəri-nəzmin Nişat, düşsə Məsih əlinə,
Rayici-bazar edib, aləmə şöhrət verir. Ardı »

Qezeller"Yolunda"

Ey dilbərim,iznt et ki, qıyım canə yolunda,
Qurban olaram sən kimi cananə yolunda.

Səndən mənə hər dərdü bəla xoşdu,nigarım,
Qəlbim dağılıb qalsa da viranə yolunda.

Çox yollarını gözləyənin olsa da heç kim
Mən tək dözə bilməz qəmi-hicranə yolounda.

Ey saqi,gətir badəni,insaf elə,qoyma
Həsrətdə qalan gözləri peymanə yolunda.

Namərdin əlilə şərəfü şan ucalınca,
Xoşdur qoyasan başını mərdanə yolunda.

Hər kim ki, tutub haqq yolunu,niyyəti heqqdir
Allah kömək olsun həmin insanə yolunda.

Saleh qəm əlindən meyə qurşandı,nə çarə,
Bir gün çıxacaqdır canı meyxanə yolunda. Ardı »

Qezeller"Gər istəsən ki, fitneyi-aləm oyanmasın"

Gər istəsən ki, fitneyi-aləm oyanmasın,
Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın.

Göstər çəməndə nərgisə hər şam gözlərin,
Ta sübh olunca xabi-ədəmdən oyanmasın.

Yox məndə tab vəslinə, göstərmə ruyini,
Pərvanə şəmi görsə, nə mümkündü yanmasın.

Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,
Nə görməsin gözüm və nə könlüm bulanmasın.

Sirri-dəhanini demə naəhl zahidə,
Qoy bixəbər qalıb belə əsrari qanmasın.

Canım çıxar çıxanda xətin gülüzardə,
Eylə xətin təraş, qoy ömrüm uzanmasın.

Derlər, nəvidi-vəsl verib yar Sabirə,
Xam olmasın, bu mətləbə hərgiz inanmasın. Ardı »

Qezeller" Ey saqi, gəl qutar bizi dərddən, əzabdən " qəzəli

Ey saqi, gəl qutar bizi dərddən, əzabdən,
Gen tutma lütf adında böyük bir səvabdən.

Artıq biz aldanan deyilik hər yalan sözə,
Çox şey götürmüşük o müqəddəs kitabdən.

Qan yaş töküb fəqan edirik həsrətin çəkib,
Ey saqi, gəl qutar bizi bu iztirabdən.

Məst olmaq istəyir könül, ey saqi, bəzmdə,
Həsrətdə qoyma, süz, o qan olmuş şərabdən.

Çox yalvarıb yaxardıq, a Yasin, o yarə biz,
Bir fayda hasil olmadı ancaq xitabdən. Ardı »

Qezeller" Qoy gəlməsin " qəzəli

Məclisi-meyxanəyə pak olmayan qoy gəlməsin,
Dərdi-hicran ilə qəmnak olmayan qoy gəlməsin.

Gəlsə də əcdadı məlumlar deyin gəlsin bura,
Gəlməmişdən aləmə xak olmayan qoy gəlməsin.

Qafilü nadan nə bilsin badeyi-səhba nədir,
Məclisə hər əhli-idrak olmayan qoy gəlməsin.

Saqi qanından düzəldir aşiqin mey cövhərin,
Dərd əlilə sinəsi çak olmayan qoy gəlməsin.

Dərdü qəmdən öncə qoy əfqanı tutsun aləmi,
Ahinin ünvanı əflak olmayan qoy gəlməsin.

Yasina, aşiqlərin, meyxanədə şən bəzminə,
Cövri-yarıylan fərəhnak olmayan qoy gəlməsin. Ardı »