Qezeller → "Məftuni-səri-zülfüne qüllab gərəkməz"
Məftuni-səri-zülfüne qüllab gərəkməz,
Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
Məhrabə sücud ətmərəm, ey qibleyi-məqsud,
Qashın görənə səcdeyi-mehrab gərəkməz.
Aç zülfünü, divanələri bir yerə yığma,
Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.
Yatma xəmi-zülfündə nigarın belə rahət,
Ashiqlərə, ey xəstə könül, xab gərəkməz.
Mən nəsheyi-ləli-ləbi-canan ilə məstəm,
Saqi, mənə minbəd meyi-nab gərəkməz.
Hicrində rəvadir ciyərim qanı tökülsün,
Çeshmindən axan qətreyi-xunab gərəkməz.
Sirab eləyib ləli-ləbin Sabiri, ey shux,
Təbdari-qəm-eshqinə qəndab gərəkməz. Ardı »