Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Gün üzlü, gecə saçlım utandırdı bu dövrani"

Gün üzlü, gecə saçlım utandırdı bu dövrani,
Sübhün qızarıb rəngi, qaralmış gecənin qani!

Bağlandı qara zülfə könül, şanə baхıb ağlar:
"Neynim bu qara taleyi tükdən asılan cani?"

Yüz ağlamağım bir gülüşün hasili üçündür,
Yüz хarə su ver, almaq üçün bir güli-хəndani!

Qəmzən dayanıb qəsdimə cani gülərək alır,
Çох güldürəcəksənmi, gülüm, üstümə düşmani?

Fikrin ki gəlir, əql durub tərk eləyir başi,
Ev sahibinin görməyə yохmuş gözü mehmani?!

Hicrində vüsal şövqü alır taqətimi, yохsa
Bu zövq ilə yüz vəslə verərdimmi bu hicrani?!

Əfqan et, Əvəz, el sənə rüsva desə, ar etmə
Girsin yerə оl aşiqi çıхmır göyə əfqani! Ardı »

Qezeller" Anlagil eşq nədir, dinlə, nə mənadır bu!"

Anlagil eşq nədir, dinlə, nə mənadır bu!
Badeyi-lütfi-xuda, bəxşişi-mövladır bu!

İçəlim şamü səhər içrə və lakin bicam,
Camə hacətmi olur, badeyi-mənadır bu!

Hərfsiz aşiqi-şeydalərə təlim eylər,
Dərsi-əsrarı nə xoş, dərsi-dilaradır bu!

Məxfidir, eşq xəfiyyatı hüveyda eylər,
Söylərəm böylə, vəli, gör nə müəmmadır, bu!

Söyləyin aləmi-əşardə şirin-şirin,
Madehi-eşqi-xuda, təbi-şəkərxadır bu!

Qasid, ey Mir Nigari, görünür xəndəzənan,
Bar bir xeyr xəbər aləmə büşradır bu! Ardı »

Qezeller" Ümidlərim üşüyür atəşində hicranın " qəzəli

Ümidlərim üşüyür atəşində hicranın,
Sükunətim deyinir həsrətində cananın.

Nə bir soraq nə xəbər var mənim vüsalımdan,
Gümanlarım boğulur tüstüsündə əfqanın.

Səbir də vurnuxur axşam-səhər təlaş içrə,
Edir götür-qoy o yazıq bütün gün imkanın.

Könül küsüb yeməyi gec gələn uşaqlar tək,
Gələydi yarı qıçın sındıraydı şeytanın.

Ömür də yun kimi hər gün didildi könlümdə,
İtirdi can evi axir səliqə səhmanın.

Tamah yaman məni aldatdı bilmirəm neynim,
Üzüldü çıxdı əli əllərimdən imkanın.

Qan ağlayır qısılıb küncə məsum arzum da,
Sığallayan hələ yoxdur başın bu nalanın.

Baxışlarımda düşüb həkk olub qəmin ləkəsi,
Təmizləyim üzümün mən nə cür bu nöqsanın.

Bu Yasinin gününə ağlayan tapılmır Ardı »

Qezeller" Bir biz qalmışıq, bir yarımız " qəzəli

Ey könül, həsrətdə bir biz qalmışıq, bir yarımız,
Guşeyi- möhnətdə bir biz qalmışıq, bir yarımız.

And içib, əhd eyləyib çoxdan sədaqət şahına,
Sidq ilə xidmətdə bir biz qalmışıq, bir yarımız.

Eşqdə çoxdur siyasətbaz, əgərçi, ey könül,
Saf, təmiz niyyətdə bir biz qalmışıq, bir yarımız.

Arzumuz şahənşəhi-eşqə qul olmaqdır müdam,
Böylə bir qayətdə bir biz qalmışıq, bir yarımız.

Tərk edib, Yasin, hamı çoxdan xərabat eyşini,
Xaneyi-hikmətdə bir biz qalmışıq, bir yarımız. Ardı »

Qezeller"Ələ düşməz"

Yüz il keçə, afət, bu gözəllik ələ düşməz,
At xəlbirə keçmişləri bir-bir ələ, düşməz.

Meylin çəkə tər meyvə əgər gənc bir ağacdan,
Get tut budağından o ki, var silkələ, düşməz.

Pərvanəsi kül etsə də yandırsa da şəmi,
Saxlar gözünün yaşını damla külə düşməz.

Həvva yenidən gəlsə bu dünyayə gər indi,
Şeytana uyub meyli daha sünbülə düşməz.

Aç söylə, Səxavət, bunu əğyari də bilsin,
Dəryadə göz açmış sonalar hər gölə düşməz. Ardı »

Qezeller"Risvayi-dəhr edən məni zülfi-siyahdır"

Risvayi-dəhr edən məni zülfi-siyahdır,
Şahid bu əmrə eylədigim nalə, ahdır.

Qəmzən veribdü qətlimə fərman, nədir səbəb?
Etmə həlak bigünəhi çox günahdır.

Ləli-ləbin əqiqi-Yəmən, zülf yasəmən,
Dövri-ruxində xalü xətin gül-giyahdır.

Çahi-zənəxdə Zəmzəmü xalındü həm Həcər,
Mahi-ruxundə Kəbə mənə qibləgahdır.

Qoy bir öpüm bu danəyi-xali-siyahdan,
Hər Hacı öpməsə Həcəri, rusiyahdır.

Hər kim ziyarət etsə, Zəlila, nigarını,
Etsin xəyal, heccə gedib, bigünahdır. Ardı »

Qezeller" Eləyib Allah onu hüsnü məlahət kanı " qəzəli

Eləyib Allah onu hüsnü məlahət kanı,
Etməmiş kəm o pərivəşdən ədəb-ərkanı.

Onu gözdən belə bir dəm də uzaq qoymaz, gər
Aşiqin çatsa buna zərrə qədər imkanı.

Öylə bir halə salə aşiqini cananı,
Götürə başına fəryadı onun hər yanı.

Cana pərçimləmiş öz eşqini canan, ey dil,
Çıxmasın, rəhm eləsin bir dənə də peykanı.

Verə Allah ona insafı müdam zülm eləyə,
Çıxa ta ərşə qədər aşiqinin əfqanı.

Ey könül, vəslin umursan dedilər cananın,
Ay gözün çıxmasın, azdırmı sənə hicranı?.

Dəyişər Yasin adın, ey dil, əgər bir kimsə,
Görsə ol şuxi onun olmasa gər heyranı. Ardı »

Qezeller"Sən olan yerdə"

Ruhum ki, olur hər dəm peyda sən olan yerdə,
Cismim niyə qalsın ki, tənha sən olan yerdə.

Ey gül, güli-rəna da olmaz bu gözəllikdə,
Dönməzmi gülüstanə səhra sən olan yerdə.

Məşhur ola bilməzdi bir əsrdə olsaydıq,
Məcnun mən olan yerdə, Leyla sən olan yerdə.

Tanrım sənə, ey afət, vermiş elə bir surət,
Axtarmağa yox hacət məna sən olan yerdə.

Əşrəf hesab eylər ki, kuyindən ibarətdir,
Başlar həmi qurtarar dünya sən olan yerdə. Ardı »