Qezeller → " Ey saqi, gəl qutar bizi dərddən, əzabdən " qəzəli
Ey saqi, gəl qutar bizi dərddən, əzabdən,
Gen tutma lütf adında böyük bir səvabdən.
Artıq biz aldanan deyilik hər yalan sözə,
Çox şey götürmüşük o müqəddəs kitabdən.
Qan yaş töküb fəqan edirik həsrətin çəkib,
Ey saqi, gəl qutar bizi bu iztirabdən.
Məst olmaq istəyir könül, ey saqi, bəzmdə,
Həsrətdə qoyma, süz, o qan olmuş şərabdən.
Çox yalvarıb yaxardıq, a Yasin, o yarə biz,
Bir fayda hasil olmadı ancaq xitabdən. Ardı »