Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Kiminin mən kimi dəftər-qələm olmuş dərdi " qəzəli

Aşiqin bəllidi ki, dəmbədəm olmuş dərdi,
Ölçüyə gəlməyəcək möhtəşəm olmuş dərdi.

Ancaq, ey dil, demə qəm-qüssə çəkən bircə bizik,
Hansı aşiqdi onun səncə kəm olmuş dərdi?

Nola, heç kəsməyə öz zülmünü canan bizdən,
Aşiqin eşqdə çün müntəzəm olmuş dərdi.

Kimi var-dövlətə, mal-mülkə salıbdır mehrin,
Kiminin mən kimi dəftər-qələm olmuş dərdi.

Eşqdə həm də rəqib qəm çəkir hərdən dedilər,
Nə böyükmüş işi bəh-bəh, nə qəm, olmuş dərdi.

Könlümün təxtini dərdim nə şərafətlə tutub,
Nə zamandan görəsən möhtərəm olmuş dərdi.

Yaradan hər kəsə bir dərdi münasib bilmiş,
Yasinin bir ürəyi daş sənəm olmuş dərdi. Ardı »

Qezeller"Unudulmuş da, atılmış gülü sevda kimiyəm"

Unudulmuş da, atılmış güli-sevda kimiyəm,
Gözlərimdən çəkilən bir dəmi-röya kimiyəm.

Hicr əlindən ürəyim qanə dönər şamü səhər,
Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın
Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.

Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyəm.

Sənə bel bağladım, atdın məni, ey munisi can
İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.

Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm. Ardı »

QezellerYALVARMA

Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e'tibar ona, bi'etibarə, yalvarma!

Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!

Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
"Ənəlhəqq" üstə çəkilsən də darə yalvarma!

Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma! Ardı »

Qezeller"Göstər mənə"

GƏL, BƏLA MÜLKÜNDƏYƏM, YARIM, ŞƏFA GÖSTƏR MƏNƏ,
DƏRMANIM VARSA ƏGƏR SƏNDƏN SƏVA, GÖSTƏR MƏNƏ.

BİVƏFAYAM--SÖYLƏYİB GETMƏ, VƏFASIZSAM ƏGƏR,
EY VƏFADAN DƏM VURAN AŞİQ, VƏFA GÖSTƏR MƏNƏ.

GÖRMÜŞƏM AŞİQLƏR EŞQ DƏRDİNDƏ DƏRMAN TAPMAYIB,
SƏN RƏHM QIL, İNSAF EYLƏ, BİR DƏVA GÖSTƏR MƏNƏ.

SƏNDƏN ETMƏM İMTİNA YAXDIQCA HİCRANIN MƏNİ,
XOŞDUR ÇƏKMƏK HİCRİNİ, YANDIR, CƏFA GÖSTƏR MƏNƏ.

NEY-NƏVADAN DUYDULAR NALƏM YAYILMIŞ ALƏMƏ,
VƏSLİ YAR UĞRUNDA BUNCA BİR NƏVA GÖSTƏR MƏNƏ.

ÇEVRİLİB QƏLBİM MƏHƏBBƏT DƏRDİNİ DƏRGAHINA,
BUNDAN İSTİ, DOĞMA, MƏHRƏM BİR YUVA GÖSTƏR MƏNƏ.

AYRILIQ PƏRVANƏSİ DÖVRƏNDƏ CÖVLAN EYLƏYİR,
EY VİDADAN BƏHS EDƏN ŞƏMİM, VİDA GÖSTƏR MƏNƏ.

CANAN ÜÇÜN TÖKDÜYÜM GÖZ YAŞLARIMDAN DOYMURAM,
AŞİQƏM, EY Ardı »

Qezeller"Yetmədi məqsudinə bir kəs riyazət çəkməmiş"

Yetmədi məqsudinə bir kəs riyazət çəkməmiş,
Səbr edib zindanə Yusuf oldu sultan, ağlama!

Sor müalic dərdinə bir vaqifi-əsrardən,
Umma nakəs kimsələrdən fəzlü ehsan, ağlama!

Hər nə müşkül dərd olursa, bulunur dərman ona,
Eşq dərdinə müalic olmaz imkan, ağlama!

Görmədim mən bir rəfiqi etibarı var ola,
Qalmayıb aləmdə hec bir əhdü peyman, ağlama!

Ey Şəməmduz, ol xuda müşgülgüşa olmuş bizə,
Necə müşgül karın olsa, eylər asan, ağlama!
Məhəmməd Şəməmdüz Ardı »

Qezeller" Düşdün tazədən " qəzəli

Ey könül, eşq adlı bir xülyayə düşdün tazədən,
Ahu sevdasında bir səhrayə düşdün tazədən.

Sən bu heyrət mənzilində bir zaman xab etmədin,
Ey gözüm, bir gözləri şəhlayə düşdün tazədən.

Ey gözüm yaşı, olursan mövc ilə qərq aqibət
Gövhər ümmidiylə bu dəryaya düşdün tazədən.

Narahatsan, ey könül, nolub sənə, nəql et görüm,
Yoxsa mən divanə tək sevdayə düşdün tazədən?

Ey mənim cananımı vəsf eyləyən söz-söhbətim,
Nitqdən surət tapıb mənayə düşdün tazədən.

Son zamanlar çırpınırsan, ey könül, neyçün belə,
Yoxsa bu Yasin kimi qovğayə düşdün tazədən? Ardı »

QezellerIsdersen eyer getmeyesen bade ey insan Allah yoludu heq yolu dünyada ey insan (Mewedibaba)

Isdersen eyer getmiyesen bade ey insan.
Allah yoludu heq yolu dünyade ey insan.
Heq sencün gör nece sehmani yaratdi.
Alti günün erzinde bu dünyani yaratdi
sonra babon ademle nenenön hevvani yaratdi
derin düwün allahini sal yade ey insan.
Gel imam elinin rehmini yad et
mecnunlari,birkesleri,acizleri yad et
caliw yaxcilig ile bu dünyade ad et
bir yaxcilig oldu catan imdade ey insan.
Dünya malina olma heri geldi gederdi
onu bil xesisin önrü hederdi
lüt yaranib lütde geden gör neqederdi
bir pay götür özne dolan sade ey insan.
Allah buyurub kim mene wek eylese hergah
öz varligimi eylerem o bendeme agah
baxsin denize sadece bilsinki var allah
kimdir yatiran dalgani deryade ey insan.
Bu sözleri yazdim qardaw
ne oleydi ömür möhlet Ardı »

Qezeller"Hani bir yar, vefadar ki, bize yar olsun"

Hani bir yar,vefadar ki bize yar olsun,
Dili mecruhimize dil veriben zar olsun.

Verme nadana, konul sirrini agah eleme,
Deme eshg ehli gerek dehride biar olsun.

Arizumdur vetenimde yashayan her bir kes,
Musigiye,gezele,shere heveskar olsun.

Ey cavanlar,sizi tanri,size canim gurban,
Qoymayin siz bu mugamatimizi xar olsun.

Her kesin her ne gelir aglina ifa eleyir,
Musigimizi zay etsek, bizə qoy ar olsun.

Qezelim sadeleshib,azdi Fizuli eshiden,
Amma eshg ehli gerek esli xiridar olsun.

Vahidin ince gezel,sade gozel sheirleri,
Xelg arasinda görüm daim onu var olsun.

Can fedadir sene,ey Seyid Ezim Shirvani,
Ne revadirki sene her oxuyan yar olsun.

Deme Zulfiyle Seyid getdi,bilenler Ardı »