Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Hə hüsndür ki, mələkdə belə camal olmaz"

Hə hüsndür ki, mələkdə belə camal olmaz,
Hə tələti ki, belə tələti-hilal olmaz.

Hilal çərxdə eylər zaval, vəchi nədir,
Ki, bu hilalə vəcahətdə hec zaval olmaz.

Ləyaqətinə xətadır desəm, sənubər mən,
Çəməndə sərvdə hərgiz bu etidal olmaz.

Ləbin lüabını bimari-eşqə ver dadsın,
Dəbadı çeşməyi - kövsər, belə dəva olmaz.

Tutub kənarını əğyar, neyləyim, səd heyf
Ki, baxmağa yüzünə aşiqə macal olmaz.

Durubdu fövc kimi dəstə-dəstə üşşaqın,
Bu padişahi-cahanda belə cəlal olmaz.

Ələddəvam səri - kuyin etmişəm mənzil,
Güşadə arizimə bir dəri - vüsal olmaz.

Bu məsti sərzənişi - qeyr yandırır, billah,
Bəgərnə, ayrılığın baisi - məlal olmaz.

Yoxumdu simü zərim başına Ardı »

Qezeller" Nə qədər yalvarıram yar əl uzatmır vallah " qəzəli

Nə qədər yalvarıram yar əl uzatmır vallah,
Can verib aşiqə bir ləhzə yaşatmır vallah.

Yanıram şəm' kimi atəşinə ayrılığın,
Sübhəcən bircə hüceyrəm belə yatmır vallah.

Gecə-gündüz dolaşır fikrü düşüncəmdə, vəli
Bu xəyallar başımı zərrəcə qatmır, vallah.

Özünə ağlamayıb gün hələ naseh bədbəxt,
Bu səbəbdən nə deyir əqlimə batmır, vallah.

Çəkməyib əl əməlindən yenə əğyar ölmüş
O gədanın başının gülləsi çatmır, vallah.

Ölürəm çünki gəlib sevgili yarım, Yasin,
Bu yatan bəxtimi biryolluq oyatmır, vallah. Ardı »

Qezeller" Arifəm söz tuturam bizəban ağzından mən " qəzəli

Arifəm söz tuturam bizəban ağzından mən,
Alıram çiskini dağ tək duman ağzından mən.

Ay sənə qurban olum, yaxşı ki, döndün gəldin,
Həsrətin güclə qutardım, inan ağzından mən.

Əlləri göydə anam sübh namaz üstündəymiş,
Ki, qəmin qurtula bildim ilan ağzından mən.

Üz tutub üstümə düz gəldi açıb dərd ağzın,
Aldım, əlbəttə, onun düz nişan ağzından mən.

Udulur günləri ömrün, daha olmaz dərdim,
Kaş alaydım onu bir gün zaman ağzından mən.

Açıb ağzın qara bəxtim qoyub allah yoluna,
Gəlmişəm təngə bu bəxtin yaman ağzından mən.

Mənə dövran nə deyir əqlimə batmır, Yasin,
Dəmbədəm çünki eşitdim yalan ağzından mən. Ardı »

QezellerNedir

Naz edir bulbule gul bir bele menasi nedir,
Bulbulun bes gulu sevmekde temennasi nedir.

Awiq her covre dozer belke de bir hikmeti var,
Bu iwin fikr ele gor esl muemasi nedir.

Oldurur gunde dirildir,menii oz cananim,
Kecmiwin indi mene mocuzi Isasi nedir.

Bulbulun ki,bu qeder nalesi dunyani tutur,
Kimse bilmir hele qelbindeki sovdasi nedir.

Men olan yerde menim tek ola bilmez Mecnun,
Sen olan yerde onun sevdiyi Leylasi nedir.

Qoyma incitsin ipek koynek o nazik bedenin,
Hani gulde bu letafet? onun ezasi nedir.

Sen de Vahid vetenin gullerinin awiqisen,
Sen ki,varsan cemenin bulbuli-weydasi nedir. Ardı »

Qezeller"Afitab"

Ta sünbülün götürdü cəmalında afitab,
Dutdu cahanı məşəli-alından afitab.

Dövri-qəmər də düşdü səhabə fəraqidən.
Tabında hüsn, nəqşi-hilalından afitab.

Çəkdi8 saçı kəməndinə xali-rüxü məni,
Ögrəndi fitnə fitnəli xalindən afitab.

Məhv oldu gülüstani-vüsalında ta ədəb,
Ta rəngü bu bürəd, rüxi-alindən afitab.

Cami-ləbin meyindən içirdi Həqiqiyə,
Abi-həyatı ləli-zülalından afitab. Ardı »

Qezeller"Baği-hüsnündə bu sünbüllər ki, dəstə-dəstədir"

Baği-hüsnündə bu sünbüllər ki, dəstə-dəstədir,
Sayəsində xətti-müşkin səbzeyi-növrəstədir.

Ağzın öpdüm deyü hər dəm canıma cövr eyləmə,
Mənə böhtan etdiyin, ey qönçələb növrəstədir.

Halını ərz etməyə şahi-gülə bülbüllərin,
Qönçeyi-noxiz guya nameyi-sərbəstədir.

Tazə-tazə dağlarda saidi-zibayi-yar,
Şöylə rəngin görünür, guya ki, bir güldəstədir.

Çeşmi-bimari-nigarın qanə pəhriz eyləməz,
Onun üçün, Nitqiya, hər dəm o xuni-xəstədir. Ardı »

Qezeller" Avarəyəm illərdi ki, bir gül sorağında " qəzəli

Avarəyəm illərdi ki, bir gül sorağında,
Oldum, yanıb artıq o gülün kül, sorağında.

Düşdüm üzü səhralarə Məcnun kimi mən də,
Bir gözləri nərgiz, saçı sünbül sorağında.

Eşq içrə işim müşkülə düşmüş, köməyim yox,
Canım gedir əldən daha müşkül sorağında.

Ah-nalə çəkib ağlayıram mən gecə-gündüz,
Adətdi gülün zar ola bülbül sorağında.

Var ümmidim axır yetərəm arzuma, Yasin,
Dildarımın, Allaha təvəkkül, sorağında. Ardı »

Qezeller"Tərləmiş arizinə çəkdi əlin ol gülru"

Tərləmiş arizinə çəkdi əlin ol gülru,
Gör nə ustaddır, ey dil, çıxarır oddan su,

Qanə döndü meyi-gülfam görüb ləli-ləbin,
Xum ayağına həsəddən yıxılıb sındı səbu.

Xal düşmüş üzünə, mərdümi-çeşminə baxır,
Şəh hüzurunda durub sanki qulami-hindu.

Gün tutuldu, şəbi-yelda tək hava oldu qara,
Üzünə şanə ilə açdı nigarım geysu.

Nafəyi-mişkin atar Çinə, qaçar səhrayə,
Zülfi-ənbərşikənin görsə, Xətadən, ahu.

Dəri-meyxanədə gördükdə əlimdə şişə,
Dostlar, zahidi-bədkiş mənə oldu ədu.

Vaqifa möizəyi-vaizə aldanma dəxi,
Neçə yüz məscidi viranə qoyub ol bayqu. Ardı »