Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Sənə versin " qəzəli

Allah kəsib ömrümdən, ey afət, sənə versin,
Qul taleyini qoy mənə, qüdrət sənə versin.

Ver cövrü cəfa, naz ilə, ey gül, məni öldür,
Hakim böyük Allahdı, bəraət sənə versin.

Hicrində yanım şəm tək, ey gül, gecələr, qoy,
Çıxsın canım ahəstə ki, ləzzət sənə versin.

Xaliq səni zülm etmədə mahir yaradıbdır,
Nolar ki, bir az həm də mürüvvət sənə versin.

Hər dərdi-sərin varsa, əzizim, mənə gəlsin,
Xoşbəxt eləsin, Tanrı səadət sənə versin.

Öz canını yarın sənə qurban deyib, ey gül,
Çatmışsa əgər vaxtı nəhayət, sənə versin.

Nolar, kərəm et, üzmə gəl, al canımı bir yol,
Yasin belə xahişlə əziyyət sənə versin. Ardı »

QezellerOla Bilmez

Xilqetde senin tek gozelim can ola bilmez,
Exlaqi gozel,sevgili canan ola bilmez.

Fexr eylemesin oz gulune bulbuli-weyda,
Bir gul hele de sen kimi zendan ola bilmez.

Yuzlerle eger husnune alem ola heyran,
Bir kimse menim tek sene heyran ola bilmez.

Sen terbiyede,husnunde bir bawqa gozelsen,
Reftarine exlaqine noqsan ola bilmez.

Huriyyete insanliga layiq seni gordum,
Kimki seni sevmiwse pewiman ola bilmez.

Oz awiqinin naz ile qan eyleme konlun,
Huriyyet olan yerde konul qan ola bilmez.

Her xow gorunen kimseye aldanma heyifsen,
Her xow gorunen kimsede vicdan ola bilmez.

Bu husnle coxlar seni ister seve ey gul,
Vahid kimi ewqinde qezelxan ola bilmez Ardı »

Qezellerİmadeddin Nesimi

Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,
Saldı aləm mülkünə şuru şəru qovğayi-eşq!

Çıxdı sirrim aləmə, əsrarımı faş eylədi,
Halıma həmdəm olandan dünhyaya sevdiyi-eşq.

Nitq imiş aləmdə mövcud, eşq imiş qaim məqam,
Bizə bildirdi əzəldən rəhbəri-mövlayi eşq.

Sən humayi-laməkansan, kəndözündən bixəbər,
Gəlmədin ta kim, görəsən mənzili-əlayi-eşq.

Çıx qəfəsdən, gəygil, ey bulbul,gülüstan seyrin et,
Bas qədəm meydani-eşqə görəsən məvayi eşq.

Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-qaf,
Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq. Ardı »

Qezeller" Gətirmisən (Ustada həsr edilib) " qəzəli

Sözlən sözün söz isminə şöhrət gətirmisən,
Ərkan, ədəb gətirmisən, iffət gətirmisən.

Nimdaş görünməsin deyə çağdaş qəzəl gəlib,
Bir tazə söz, fikir, təzə söhbət gətirmisən.

Söz söz olur o vəxt ki, mənası var dərin,
Məzmunlu söz deyib sözə hörmət gətirmisən.

Əvvəl qəzəl dilin çoxu bilmirdi heç, fəqət
Türkün diliylə sən ona izzət gətirmisən.

Məna evində mürgiləyirkən söz az qala,
Qüdrətli söz deyib ona rəğbət gətirmisən.

Söz gülşənində gör necə canlanma var bu gün,
Çün tazə, xoş nəfəs və təravət gətirmisən.

Qaytarmısan təfəkkürün əvvəlki qüdrətin,
Həqdən qoyub papaq sözə qeyrət gətirmisən.

Yasin, bu bir yığın sözü ustad eşitsə gər,
Söylər nədən çəkib belə Ardı »

Qezeller" Keçir ömür, bitir imkan yavaş-yavaş, gəl çıx " qəzəli

Keçir ömür, bitir imkan yavaş-yavaş, gəl çıx,
Gəl, öldürür məni hicran yavaş-yavaş, gəl çıx.

Keçən hər ay, ötüşən hər gün, ey sənəm, dərddir,
Bu göz yaşım olur ümman yavaş-yavaş, gəl çıx.

Xeyirlə şər bütün aləmdə cəngə çıxmış bax,
Edir səbr daha üsyan yavaş-yavaş, gəl çıx.

Bu dərdü qəm məni sarsıtdı, dözmürəm artıq,
Canım-gözüm, sənə qurban, yavaş-yavaş gəl çıx.

Əməl yox olmaya nöqsan, düşür söz izzətdən,
Girir qılıqlara şeytan yavaş-yavaş, gəl çıx.

Böyük-kiçik, ədəb-ərkan düşüb bir az dəbdən,
Cılızlaşır daha insan yavaş-yavaş, gəl çıx.

Bilib bölən hələ yoxdur bu Yasinin dərdin,
Çəkir qəmin elə pünhan yavaş-yavaş, gəl çıx. Ardı »

Qezeller"Hə hüsndür ki, mələkdə belə camal olmaz"

Hə hüsndür ki, mələkdə belə camal olmaz,
Hə tələti ki, belə tələti-hilal olmaz.

Hilal çərxdə eylər zaval, vəchi nədir,
Ki, bu hilalə vəcahətdə hec zaval olmaz.

Ləyaqətinə xətadır desəm, sənubər mən,
Çəməndə sərvdə hərgiz bu etidal olmaz.

Ləbin lüabını bimari-eşqə ver dadsın,
Dəbadı çeşməyi - kövsər, belə dəva olmaz.

Tutub kənarını əğyar, neyləyim, səd heyf
Ki, baxmağa yüzünə aşiqə macal olmaz.

Durubdu fövc kimi dəstə-dəstə üşşaqın,
Bu padişahi-cahanda belə cəlal olmaz.

Ələddəvam səri - kuyin etmişəm mənzil,
Güşadə arizimə bir dəri - vüsal olmaz.

Bu məsti sərzənişi - qeyr yandırır, billah,
Bəgərnə, ayrılığın baisi - məlal olmaz.

Yoxumdu simü zərim başına Ardı »

Qezeller" Nə qədər yalvarıram yar əl uzatmır vallah " qəzəli

Nə qədər yalvarıram yar əl uzatmır vallah,
Can verib aşiqə bir ləhzə yaşatmır vallah.

Yanıram şəm' kimi atəşinə ayrılığın,
Sübhəcən bircə hüceyrəm belə yatmır vallah.

Gecə-gündüz dolaşır fikrü düşüncəmdə, vəli
Bu xəyallar başımı zərrəcə qatmır, vallah.

Özünə ağlamayıb gün hələ naseh bədbəxt,
Bu səbəbdən nə deyir əqlimə batmır, vallah.

Çəkməyib əl əməlindən yenə əğyar ölmüş
O gədanın başının gülləsi çatmır, vallah.

Ölürəm çünki gəlib sevgili yarım, Yasin,
Bu yatan bəxtimi biryolluq oyatmır, vallah. Ardı »

Qezeller" Arifəm söz tuturam bizəban ağzından mən " qəzəli

Arifəm söz tuturam bizəban ağzından mən,
Alıram çiskini dağ tək duman ağzından mən.

Ay sənə qurban olum, yaxşı ki, döndün gəldin,
Həsrətin güclə qutardım, inan ağzından mən.

Əlləri göydə anam sübh namaz üstündəymiş,
Ki, qəmin qurtula bildim ilan ağzından mən.

Üz tutub üstümə düz gəldi açıb dərd ağzın,
Aldım, əlbəttə, onun düz nişan ağzından mən.

Udulur günləri ömrün, daha olmaz dərdim,
Kaş alaydım onu bir gün zaman ağzından mən.

Açıb ağzın qara bəxtim qoyub allah yoluna,
Gəlmişəm təngə bu bəxtin yaman ağzından mən.

Mənə dövran nə deyir əqlimə batmır, Yasin,
Dəmbədəm çünki eşitdim yalan ağzından mən. Ardı »