Qezeller → " Avarəyəm illərdi ki, bir gül sorağında " qəzəli
Avarəyəm illərdi ki, bir gül sorağında,
Oldum, yanıb artıq o gülün kül, sorağında.
Düşdüm üzü səhralarə Məcnun kimi mən də,
Bir gözləri nərgiz, saçı sünbül sorağında.
Eşq içrə işim müşkülə düşmüş, köməyim yox,
Canım gedir əldən daha müşkül sorağında.
Ah-nalə çəkib ağlayıram mən gecə-gündüz,
Adətdi gülün zar ola bülbül sorağında.
Var ümmidim axır yetərəm arzuma, Yasin,
Dildarımın, Allaha təvəkkül, sorağında. Ardı »