Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiTamar (Şirvan məleykəsi)

Həyatı[redaktə]
İlkin həyatı barədə məlumat çox az qalmışdır. XII əsrə aid "Çarlar çarı Davidin həyatı" Tamar və bacısı Katanı müvafiq olaraq "Şərqin və Qərbin çırağı" adlandırır və bununla Tamarın III Mənuçöhrə, Katanın isə Trapezund şahzadəsi, sebastokrator İsaak Komnenosa evlənməsinə işarə edir. Bu evlilik 1112-ci ildə baş tutmuşdur.

Evliliyin siyasi önəmi[redaktə]
Şirvanşah I Əfridunun IV David ilə qohumluğu sayəsində Gürcülərlə ittifaq qurulmuş oldu, həmçinin Gürcüstan Səlcuqlara qarşı Şirvanşahlar kimi bir müttəfiq, Şirvanşahlar isə qıpçaqlara qarşı onlara ölkəsində yaşamağa verən Gürcüstan çarlı kimi siyasi müttəfiq tapdılar.

Oğulları ilə münasibəti[redaktə]
Ziya Bünyadova əsasən Mənuçöhrdən sonra taxta çıxan bütün Şirvanşahlar Tamarın oğulları olmuşlar. Mənuçöhrün ölümündən sonra Şirvanda taxt uğrunda mübarizə Ardı »

Şirvanşahlar dövlətiI Fərrux Yasar

Fəaliyyəti[redaktə]
Siyasi vəziyyət[redaktə]
I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi.
Fateh Sultan Mehmedlə münasibətlər[redaktə]
Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu Ardı »

Şirvanşahlar dövlətiSeyid Yəhya Bakuvinin türbəsi

Seyid Yəhya türbəsi - xаlq аrаsındа "Dərviş türbəsi" аdı ilə məşhur оlаn və Şirvanşahlar saray kompleksinin həyətinin cənub hissəsində yеrləşən türbə оrtа həyətdə mərkəzi yеr tutur. Bəzi mütəxəssislər bu türbənin yanlışlıqla Seyid Yəhya Bakuviyə aid olduğunu iddia edirlər. Bəziləri isə sarayın aşağı həyətlərindəki bütün abidələri, Dərviş türbəsi də daxil olmaqla Xanəgah tikililəri kompleksinə aid edirlər.

Tаriхçilərin məlumаtınа görə Seyid Yəhya Bakuvi Şirvanşah I Xəlilullah dövründə sаrаy аlimlərindən biri оlub. О, Şamaxı şəhərində dоğulmuşdur. Gəncliyində şеyх Sədrəddin təriqətinin dаvаmçısı оlmuşdur. Şеyх Sədrəddinin ölümündən sоnrа Bakıyа gələrək ömrünün sоnunа kimi burаdа yаşаmışdır. Bəzi müəlliflərin yаzdıqlаrınа görə, о, hicri tаriхi ilə 862-ci ildə vəfаt еtmişdir. Ardı »

Şirvanşahlar dövlətiQəzənfər Dərbəndi

Qəzənfər Dərbəndi — Şirvanşah şahzadəsi, I İbrahimin üçüncü oğlu və Bakı valisi.

Həyatı[redaktə]
1398-ci ildə doğulmuşdur. Çalağan döyüşündə həbs olunduqdan sonra Şirvana qaytarılmışdır. I Xəlilullahın hakimiyyəti dövründə Bakı valisi olmuş, onun Qaraqoyunlularla müharibəsi dövründə isə Şirvanı onun adından idarə etmişdir. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda 1428-ci ildə bir bürc və çeşmə, 1431-ci ildə başqa bir bürc və 1438-ci ildə hamam tikdirmişdi. Həmin bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür. Digər bürc isə dövrümüzədək qalmamışdır Ardı »

Şirvanşahlar dövlətiII Mənuçöhr

II Mənuçöhr – Şirvanşahlar dövlətinin on yeddinci hökmdarı, Şirvanşah I Fəribürzün oğlu.

Fəaliyyəti[redaktə]
Şirvanşah I Fəribürz iki oğul qoyub getmişdi: II Mənuçöhr və I Əfridun. Onlar növbə ilə hakimiyyətə gəlmişlər. Məsud ibn Namdarın verdiyi məlumata görə Fəribürzün Gəncənin və bütün Arran vilayətinin əmiri olmuş əl-Ədud adlı oğlu olmuşdur. S. Aşurbəyli qeyd edir ki, bu Fəribürzün oğlunun adı deyil, ləqəbi idi. Onun adını müəyyənləşdirmək hələlik mümkün deyil, lakin güman etmək olar ki, bu II Mənuçöhrün ləqəbidir.

II Mənuçöhr haqqında qalmış yeganə sənədlər Ermitajda alçaq əyarlı gümüş sikkə və onun adı çəkilən kitabədir. Mənbələrdə onun haqqında heç bir məlumat verilmir. Sikkənin üz tərəfində dini Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahların yay iqamətgahı

Şirvanşahların yay iqamətgahı — Şirvanşahların yay sarayıdır.

Dəniz sahilindən 2 km. məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda mövqe tutmuş yay tikilisi həcm-məkan tutumu ilə ətraf tikililər içərisində hakim mövqeyə malikdir. Nardaranın dənizsahili əlverişli iqlimi, strateji əhəmiyyətli cоğrafi məkan, XIII-XIV əsrə aid müdafiə qalasının yaхınlığı, Şirvan şahlarının məhz bu ərazini istirahət zоnası üçün yararlı hesab etmişlər. Хalq arasında "Хan bağı" adı ilə tanınmış bu tikiliyə "Şah bağı" demək daha düzgün оlardı. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay yerləşkəsinin üzərində epiqrafik yazıların aşkarlanmaması, memarlıq-plan həllinə, tikinti teхnikası və arхitektоnikasına görə Şirvan şahlarının Bakının "İçəri şəhər"indəki saray kоmpleksinə yaхınlığı, bu tikilinin XIII-XIV əsrlərə aid Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahlar - Dövlətin süqutu

Şirvanşah Şahrux hakimiyyətə gəldiyi dövrdən Osmanlı xanədanı ilə əlaqəyə girərək Sultan I Süleymana məktub göndərərək ona sadiq olduğunu bildirmişdi. Şirvanşah Şahruxa qarşı üsyanların baş verdiyi bir dövrdə Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikrinə düşən şah I Təhmasib əlverişli bəhanə tapdı. H.945 (1538)-ci ilin baharında Əlqas Mirzə, Qorçubaşı Padarın müşayiətilə Kürü keçdi, Şirvana girərək, 300 nəfər qarnizonla birlikdə Surxab və Qəbələ qalalarını tutdu. Sonra onlar Şirvanın ən möhtəşəm qalası olan Gülüstanı mühasirəyə alındı. Eyni zamanda Buğurt qalası da mühasirəyə alındı. Şirvanşah Şahrux doqquz ay Buğurt qalasında mübarizə apardı. Cənnabinin məlumatına görə Buğurta gələn şah Təhmasib adamlarını Şahruxun yanına göndərərək, ona aman, Ardı »

Şirvanşahlar dövlətiQazi bəy

Fəaliyyəti[redaktə]
Bəhram bəyin ölümündən sonra h.907 (1501)-ci ildə Şirvanşahlar taxtına onun qardaşı Qazi bəy ibn Fərrux Yasar çıxdı. O, Şah İsmayıl Xətainin Bakı şəhərini mühasirəyə alıb tutduğu altı ay müddətində hakimiyyət sürmüşdü.

Şah İsmayıl Xətainin Bakını fəth etməsi[redaktə]
XVI əsr tarixçiləri Xondəmir və Həsən bəy Rumlu İsmayılın Bakını almasından təfsilatı ilə xəbər verirlər. İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər.

O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üç qat möhtəşəm divarla, bir tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı İsgəndər səddini Ardı »