Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiMəmlan ibn Yezid

Məmlan ibn Yezid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı.

Həyatı[redaktə]
Şirvanşah Yezid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur:

"Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Ardı »

Şirvanşahlar dövlətiŞahənşah ibn Mənuçöhr

Şirvanşah Şahənşah – Şirvanşahlar dövlətinin iyirmi ikinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

Fəaliyyəti[redaktə]
Şamaxıda zəlzələ vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan Şirvanşahın özü təqribən 1197-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsi Ermitajda saxlanılan birinci dəfinə XII-XIII əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan tarixi muzeyində saxlanılan ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı Ardı »

Şirvanşahlar dövlətiŞahzadə Qubad

Şahzadə Qubad — Şirvanşah I Əfridun ikinci oğlu. Atasının dövründə Tabasarana hakimlik etmişdir.

Ancaq Şirvan əhalisi bu Şahzadəyi sevməmişdir. Anası Gülnaz xatun nə etsədə oğlunu taxta çıxarda bilməmişdir.Vətən xaini adı ilə ölkədən qovulmuş,sürgün edilmişdir.Gülnaz xatun Nəslicahan Sultanla mübarizə aparmış ancaq bu mübarizədə uduzmuşdur. Qızı Nazilə Sultan da ögey bacı,qardaşlarını sevməmiş,bu səbəbdən Tamarın yanında yer almışdır. Şahzadə Qubad atasına qarşı Gürcü kafirləri ilə bir olmuş, ancaq buna baxmayaraq hakimiyyəti III Mənüçöhür ələ almışdır.

Qubad Gürcüstana qaçmış orada öldürülmüşdür. Ardı »

Şirvanşahlar dövlətiFərrux Yasarın - Ailəsi

Fərrux Yasarın dörd oğlu var idi: Həmzə, Məhəmməd Qazi bəy, Bəhram bəy və II Şeyx İbrahim (Şeyxşah). Onlar atalarının ölümündən sonra növbə ilə Şirvana hakimlik etmişlər. Ən böyük oğlu Həmzə hələ babası Şirvanşah İbrahimlə dövründə Sultan Əhmədə qoşulmuş və Təbrizə yürümüşdür. Sonrakı taleyi naməlumdur.

Qızı Gövhər sultan isə Sultan Yaqubla evlənmiş və Baysunqur Mirzə ilə Sultan Muradın anası olmuşdur. Bir iddiaya görə Sultan Yaqubu məhz Gövhər sultan qətlə yetirmişdir. Ardı »