Şirvanşahlar dövləti → II Afridun ibn Mənuçöhr
Zöhrətəddin II Əfridun – Şirvanşahlar dövlətinin iyirminci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.
Mənuçöhr h.555 (1160)-ci ildə öldükdən sonra Şirvanşahlar taxtına çox qısa müddətdə onun oğlu Afridun çıxmışdır. O, özündən sonra nə numizmatik, nə də digər başqa bir abidə qoymuşdur. Afridunun adına onun oğlu Fəribürzün sikkələrində öz şəcərəsini göstərən yazılarda təsadüf edilir. Afridun elə həmin ildə öldürüldükdən sonra Mənuçöhrün başqa bir oğlu - Axsitan Şirvan hökmdarı olmuşdur.
Fələki Şirvani qəsidələrinin birində Əfridunu tərifləyərək deyir:
Çox illər yaşasın Zöhrətəddin,
Dövrün məkrlərindən uzaq olsun,
Fəridun şahzadədir aslan ürəkli,
Təkcə atası var dünyada onun təki
Ziya Bünyadov şair Xaqaninin də Əfridundan bəhs etdiyini qeyd edir. Ardı »