Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiŞirvanşahlar Sarayı (film, 1969)

Məzmun[redaktə]
Filmdə Azərbaycanın memarlıq kompleksi, Şirvan-Abşeron memarlıq məktəbinin görkəmli abidəsi olan Şirvanşahlar sarayının tarixindən, onun bu gün muzey kimi fəaliyyətindən bəhs edilir.
Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Rejissor : Zaur Məhərrəmov
Ssenari müəllifi : Məsumə Rzayeva
Operator : Zaur Məhərrəmov
Səs operatoru : Akif Nuriyev Ardı »

Şirvanşahlar dövlətiI Məhəmməd ibn Yezid

Məhəmməd ibn Yezid – Şirvanşahlar dövlətinin beşinci hökmdarı, Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin atası.
Fəaliyyəti[redaktə]
Bu Şirvanşah haqqında mənbələrdə cüzi məlumatlar qalmış, onun adı keçəri olaraq anılmışdır. "Tarix-i əl-Bab"da onun haqqında deyilir: "Bir müddətdən sonra Yezid öldü və onun yerinə oğlu Məhəmməd ibn Yezid keçdi. O, uzun müddət hakimiyyət sürdü, ləyaqəti ucaldı, əməlləri çiçək açdı. Onun ölümündən sonra (təqr-h.305 (917)-ci il - SA.) oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəldi."

Şübhələr[redaktə]
Vladimir Minorski "Şirvan və Dərbəndin tarixi" əsərində dediyinə görə Məhəmməd ibn Yezid Şirvanşah ola bilməz, çünki o Şirvanşah Heysam ibn Xalidin nəslindən deyil, əksinə Layzanşah Yezid ibn Xalidin oğludur. Buna görə də Ardı »

Şirvanşahlar dövlətiMəhəmməd məscidi (Bakı)

Məhəmməd məscidi və ya Sınıqqala məscidi — Bakının dövrümüzə çatmış ən qədim məscidi. İki: yeraltı və yerüstü mərtəbələrdən ibarət olan məscid binası X–XI əsrlərdə inşa edilmişdir.
Məscidə Sınıqqala məscidi adı 1723–cü ildə rusların Bakını top atəşinə tutmasından sonra verilib. Xəzər sahili boyunca işğalçı yürüşlərə çıxmış I Pyotrun artilleriyası həmin ilin 26 iyununda Bakını atəşə tutanda şəhərin ən qocaman məscidinin minarəsi də zədələnmişdir. Top mərmisinə qala bürcü kimi davam gətirən minarəyə xalq "Sınıq qala" adını vermişdir. Abidənin ilkin adı bəlli deyil. Məscidin şimal tərəfindəki kufi xətti ilə yazılmış kitabədə deyilir:

Rəhimli və Rəhman olan Allahın adı ilə. Bu məscidin binasını (tikməyi) əmr etdi Ardı »

Şirvanşahlar dövlətiI Keyqubad

Fəaliyyəti[redaktə]
XIV əsrin əvvəllərində Olcaytunun oğlu Məhəmməd Əbu Səidin (1316-1335-ci illər) zamanında Elxanilər dövlətinin tənəzzülü ilə bağlı Şirvanşahların hakimiyyəti güclənir. Şirvanın şəhərlərində təsərrüfat həyatının dirçəlməsi, ticarətin inkişafı müşahidə edilir. Lakin elxan Əbu Səidlə Qızıl Orda xanı Özbək, sonra isə Əbu Səidin varisi Arpa xanla (1335-1336-cı illər) Özbək arasındakı hərbi əməliyyatlar nəticəsində Şirvan ərazisi yenidən viran və talan edildi.

Arpa xan 1336-cı ildə öldükdən və Elxanilər dövləti, faktik olaraq bir sıra xırda feodal mülklərinə parçalandıqdan sonra monqol əmirləri və köçəri tayfaların başçıları hakimiyyəti öz əllərinə alaraq elxani şahzadələrini həbs edir, hakimiyyətdən salır və feodal ara müharibələri aparırdılar. Belə ki, az vaxt ərzində Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahlar gerbi

İlkin məlumat[redaktə]
Şirvanşah I İbrahimin və onun oğlu Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur. İki şir və onların arasında bir öküz başının və ətrafında günəş və ay simvolu təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Engelbert Kempferin fikrincə şirlər qala divarlarını, öküz şəhəri, ay və günəş isə gecə və gündüzü simvolizə edir. Yəni istehkam divarları şəhəri gecə və gündüz qoruyur.

İstifadə
Şirvanşahlar dövlətinin gerbinə XII əsrdə inşa edilmiş Qoşa Qala qapılarının üzərində rast gəlmək olar. 1683-cü ildə Bakının ilk qrafik təsvirini latın dilində yazmış olduğu 2 cildli kitabında vermiş alman alimi Engelbert Kempferin təsviri də Ardı »

Şirvanşahlar dövlətiBuxtnassar Əli ibn Əhməd

Buxtnassar Əli ibn Əhməd – Şirvanşahlar dövlətinin on dördüncü hökmdarı, Şirvanşah Əbu Mənsur ibn Yezidin qardaşı oğlu.

Fəaliyyəti[redaktə]
Şirvanşah Qubadın öldüyü ilk gündən hakimiyyətə onun qardaşı oğlu Buxtnəssar Əli ibn Əhməd ibn Yəzid ibn Əhməd ibn Məhəmməd ibn Yəzid keçdi. Təqribən bir ildən sonra o, hakimiyyətdən salındı və onun əmisi Salar ibn Yezid Şirvanşah elan olundu. Şamaxı qalası təslim olunduqdan sonra Buxtnassar Şirvandan qaçdı, lakin Saların onun dalınca saldığı dəstə Beyləqan yaxınlığında onu yaxalayıb öldürdü. Ardı »

Şirvanşahlar dövlətiBəhram bəy

Bəhram bəy – Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu.

Fəaliyyəti[redaktə]
Şirvanşah I Fərrux Yasarın ölümündən sonra, onun yerinə h.906 (1500)-ci ildə oğlu Bəhram bəy keçdi. O, bir il hakimiyyət sürdükdən sonra h.907 (1501)-ci ildə öz əcəli ilə öldü. Mənbələrdə onun hakimiyyətinə dair heç bir məlumat verilmir. Bu vaxt İsmayıl Təbrizə girmiş, Azərbaycanın böyük bir hissəsini birləşdirmiş, qüdrətli olmuşdu.

İsmayıl Şamaxını aldıqdan sonra öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasına çəkilir və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplayır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya getməyi əmr Ardı »

Şirvanşahlar dövlətiƏliş Kərəmli

Əliş Kərəmli və ya Şamaxılı Alis (tam adı: Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvani) — Rus Sovet yazıçısı Sergey Borodinin (1902—1974) "Dmitriy Donskoy" tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir. Lakin elmi-akademik mənbələr tərəfindən real şəxsiyyət olub-olmaması hələlik təsdiqlənməmişdir. Sergey Borodindən xeyli sonra Şamaxılı Alis obrazı Azərbaycan ədəbiyyatında yenidən işlənmiş və ona "Əliş bəy Sübhan oğlu Kərəmli", yaxud qısaca, "Əliş Kərəmli" adı verilmişdir.
Barəsində[redaktə]
Sergey Borodinin 1941-ci ildə yazdığı "Dmitriy Donskoy" tarixi romanında Əliş bəy və onun vətəninə dair qısa məlumatlar yer almışdır.

Əliş Kərəmli mövzusu Azərbaycanda ilk dəfə Oqtay Ardı »