Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiƏmir Bəhlul

Əmir Şeyx Bəhlul Dərbəndi — Şirvanşah şahzadəsi, Sultan Məhəmməd Dərbəndinin oğlu, I İbrahimin qardaşı, Şirvan ordusunun baş komandanı.

Həyatı[redaktə]
Bəhlulun doğum tarixi məlum deyil. Uşaqlığı atası və qardaşı ilə Şəkidə gizlənərək keçmişdir.Qardaşı I İbrahimin dövründə Şirvan ordusunun baş komandanı təyin olunmuşdur. Çalağan döyüşündə Şirvan ordularına başçılıq etmiş, məğlub olduqdan sonra 200 tümən can bahası tələb olunmuşdu. Bəhlulun ölüm tarixi məlum deyil. Oğlu Əmir Təhmuras daha sonralar onun kimi sərkərdə olmuşdur. Ardı »

Şirvanşahlar dövlətiII İbrahim

Fəaliyyəti[redaktə]
Hakimiyyətə gəlməsi[redaktə]
Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Ardı »

Şirvanşahlar dövlətiMoisey ben Aaron Şirvani

Moisey ben Aaron ben Şeerit Şirvani — Şamaxı yəhudisi, "Aqron" lüğətinin müəllifi. Şirvanda yaşamışdır. 1459-cu ildə Tövrat terminlərindən ibarət olan "Aqron" adlı lüğəti qələmə almışdır. Lüğət günümüzə təkcə hissələr halında gəlib çatmışdır. Y (yud - י) hərfindən sonadək saxlanmış lüğətdə Əhdi-Ətiqin hətta arami terminləri də özünə yer tapmışdır. Bir sözün bütün digər mənalarını ayrı məqalələrdə izah olunmuşdur. Lüğət o vaxtlar Şirvanşahlar dövlətinin dili olan fars dilindədir. Yeganə nüsxəsi Sankt-Peterburqda saxlanır. Ardı »

Şirvanşahlar dövlətiSultan Mahmud ibn Qazi bəy

Sultan Mahmud – Şirvanşahlar dövlətinin otuz doqquzuncu hökmdarı, Şirvanşah Qazi bəyin oğlu.

Fəaliyyəti[redaktə]
Məhəmməd Qazi bəy (1502-ci ilin birinci yarısı) öldürüldükdən sonra Şirvanşahlar taxtını onun qiyamçı oğlu, mənbələrdə "yalançı və qan içən müstəbid" adlandırılan Sultan Mahmud ibn Qazi bəy tutdu. Münəccimbaşının məlumatına görə onun hakimiyyəti cəmi bir neçə gün – Şirvan əhalisi üsyan qaldıraraq Gilana, onun əmisi Şeyxşaha sifariş göndərərək, onu Şirvana qayıdıb, Şirvanşahlar taxtına sahib durmağa dəvət edənədək çəkdi. Cənnabi isə xəbər verir ki, Sultan Mahmud Şirvanşahlar taxtında bir neçə ay oturmuşdur. Şeyxşahın Şirvana qayıtdığını və xalqın onun tərəfinə keçdiyini bilən Sultan Mahmud ölkəni tərk edərək Azərbaycana, Şah İsmayılın yanına qaçdı və Ardı »

Şirvanşahlar dövlətiQurban Əli

Qurban Əli — Şirvanşah şahzadəsi.

Hakimiyyət uğrunda mübarizə[redaktə]
Haqqında çox məlumat yoxdur.

Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır. Abdulla xan Şirvanlıların bir sıra üsyanlarını yatıraraq Şirvanda öz hakimiyyətini möhkəmləndirdi Ardı »

Şirvanşahlar dövlətiRəşid ibn Fərruxzad

Həyatı[redaktə]
Həyatı çox işıqlandırılmamışdır. Adı ilk dəfə Monqol işğalı ərəfəsində keçir.

Monqol işğalı[redaktə]
Cəbə və Sabutayın orduları 1221-ci ilin qışında Dərbənd qapılarına çatdılar. Sabutayın uzun mühasirə fikri yox idi və Rəşidlə razılığa gəldilər ki, şəhərə toxunmasınlar, qarşılığında isə Rəşid onlara keçid üçün imkan yaratsın və bələdçilər təyin etsin. Rəşid gizlincə bələdçilərə monqol ordusunu ən çətin yollardan keçirməyini tapşırmışdı. Nəticədə Monqol ordusu yarıyadək azaldı və soyuqda donaraq öldü. Həmçinin Rəşid digər dağlı tayfalarına monqolların gəlişi barədə xəbər yolladı.

Qıpçaq işğalı[redaktə]
Monqollar Şirvandan gedəndən sonra darmadağın edilmiş qıpçaqlar bir yerə toplaşaraq Dərbəndə yollandılar. Bu vaxt oranın hakimi İbn əl-Əsirin Şirvanşah adlandırdığı Rəşid idi. Yaqut Həməvinin verdiyi Ardı »

Şirvanşahlar dövlətiHeysam ibn Məhəmməd (Tabasaran əmiri)

Dərbənd əmirliyi[redaktə]
Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysamın atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysamı taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysam gəldi. Bu Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahlar saray kompleksi

Şirvanşahlar sarayı — XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.
Kompleksin quruluşu[redaktə]
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma Ardı »