Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiII Məhəmməd ibn Yezid

Fəaliyyəti[redaktə]
Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin ölümündən sonra, onun yerinə atasının vaxtında Layzan hakimi olmuş oğlu Məhəmməd ibn Yəzid keçmişdir. O, bir oğlu Əhmədi Layzana, o biri oğlu Heysəmi isə babası Məhəmməd ibn Yəzidin vaxtında özünün əmir olduğu Təbərsərana hakim təyin etdi Şirvanın hakimi kimi onun ilk tədbiri həbsxanaya salınmış qardaşı Əhməd ibn Yəzidi aradan götürmək oldu. Sasani şahlarına xas olan bu qaydanı görünür, Şirvanşahlar onlardan əxz etmişdilər.


Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il) sonra Xursanı, Vardanı və Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahlar dövləti - Tarixi coğrafiyası

Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad yalnız Sasanilər dövründən məlumdur. Şirvan, bir vilayət kimi VI əsrin I yarısında Şabran və Gilgil çayları arasında Sasanilər tərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şimal sərhədlərini qorumaq üçün sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında digərləri ilə yanaşı Şirvanşahların da adları sadalanır. Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkibinə daxil idi. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir. İbn Xordadbeh ilk Sasani şahənşahı Ardı »

Şirvanşahlar dövlətiMəzyədilər

Məzyədilər, Şeybanilər, Yəzidilər – Şirvanşahlar sülaləsi (861-1027). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə Məzyədilər ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının ilk mərhələsini təşkil etmişlər.

Tarixşünaslıqda uzun müddət Şirvanşahların “birinci dövr” xanədanı kimi bəhs edilən Məzyədilər rəbiə ərəb tayfasının şeybanilər qoluna mənsub olduqları göstərilir.
Üzvləri[redaktə]
Ərməniyyə hakimləri[redaktə]
Yezid ibn Məzyəd (ö. 801)
Xalid ibn Yezid (ö. 844)
Əli ibn Xalid - atası ilə eyni vaxtda öldü.
Məhəmməd ibn Xalid
I Heysam - Şirvanşahları qurdu.
I Yezid - Layzanşahları qurdu.
Şirvanşahlar[redaktə]
I Heysam
I Məhəmməd
II Heysam
I Əli
Şahzadə Abbas - edam edildi.
Əbu Bəkr ibn Abbas - qaçdı.
Layzanşahlar[redaktə]
I Yezid
I Məhəmməd
II Yezid - I Əlini məğlub edərək Şirvanşah oldu.
II Məhəmməd - Layzan hakimi
I Əhməd Ardı »

Şirvanşahlar dövlətiSalar ibn Yezid

Salar ibn Yezid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu.

Fəaliyyəti[redaktə]
Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yezid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yezidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür.

Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi Ardı »

Şirvanşahlar dövlətiCəlaləddin Sultanşah

Cəlaləddin Sultanşah — I Güştaspın kiçik oğlu.

Həyatı[redaktə]
Nə vaxt anadan olduğu bilinmir. III Fəribürzdən kiçik idi. 1222-ci ildə atası tərəfindən Gürcüstana yollanmışdı. Çar IV Georgi ilə bağlanmış müqaviləyə əsasən Cəlaləddin Rusudan ilə evlənəcəkdi. O burada xristian olmuş və xristian adətləri ilə böyüməyə başlamışdı. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tiflisi tutmasından sonra azad olundu və sünnət edilərək müsəlman oldu. Bu hadisə mənbələrdə belə təsvir olunur: Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi. Sonra onu atasından qalan Ardı »

Şirvanşahlar dövlətiOğuzların Şirvana yürüşü

H.458 (1066)-ci ildə oğuzlar ilk dəfə Şirvana yürüş etdilər, yaşayış yerlərini talan edərək çoxlu qənimət - insan, mal-qara və əmlak apardılar. Şirvanşah I Fəribürz ibn Salar oğuzları Şirvandan gətməyə məcbur etmək üçün böyük təzminat verməli oldu. H.459-cu il məhərrəm ayının birində (22 noyabr 1066) oğuzların başçısı Qaratəkin Şirvana ikinci dəfə Fəribürzün onunla ittifaq bağlamış əmisi Məmlan ibn Yezidlə birlikdə hücum etdi. Qaratəkin Şamaxı şəhərini mühasirəyə alaraq, onun ətrafındakı yərləri viran etdi. Oradan Bakıya enən Qaratəkin burada əhalinin xeyli hissəsini qırdı, qadın və uşaqları, sürüləri qovub apardı. Vəziyyət qorxulu hal alanda Şirvanşah 4000 çox madyandan ibarət cins at ilxısını Məsqətə göndərdi. Qaratəkinin Ardı »

Şirvanşahlar dövlətiОvdаn (Şirvanşahlar)

Haqqında[redaktə]
Оvdаn pоrtаl şəklində tərtib оlunub, оrаdаn аnbаrа çох sаylı pilləkən gеdir. Оvdаnlа hаmаm аrаsındа əlаqənin оlduğu yаn vеstibüldən görünür. Оvdаn 1954-cü ildə Şirvanşahlar saray kompleksində təmir-bərpa işləri аpаrılаrkən təsаdüfən аşkаr еdilmişdir. Оvdаnа su, kəhrizlər vаsitəsilə şəhərin dаğlıq hissəsindən vеrilirmiş. Ovdan 500 min litr su tuturdu. Ardı »

Şirvanşahlar dövlətiII Fərrux Yasar

II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx ikinci, Şirvanşah II İbrahimin oğlu.

Fəaliyyəti[redaktə]
Bu şirvanşah adından kəsilmiş sikkə tapılana kimi elm aləminə bəlli deyildi. 1934-cü ildə Salyandan Bakıya II Şeyx İbrahim və II Xəlilülahın adından Şamaxıda kəsilmiş 906 gümüş Şirvanşah sikkəsindən ibarət dəfinə gətirilmişdir. Onların arasında h.934 (1527/8)-cü ildə Y.A.Paxomovun fıkrincə, "başqa mənbələrdən məlum olmayan"' II Fərrux Yasarın adından kəsilmiş bir sikkə də var idi. Lakin Fərrux Yasar ibn Şeyxşahın adı Şahruxun atası kimi, Həsən bəy Rumlu və Münəccimbaşıda – "Şahrux ibn Sultan Fərrux ibn Şeyxşah", Cənnabidə – "Şahrux ibn Fərrux Mirzə", Şərəf xan Bidlisidə -"Şahrux ibn Fərrux Yasar" – Ardı »